Baş İdarə muzeylərin yeni saytlarını təqdim edib - FOTO
Digər
4 Oktyabr 2017 18:44

Baş İdarə muzeylərin yeni saytlarını təqdim edib - FOTO


Oktyabrırın 4-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli şəxsiyyətləri və ictimai xadimlərinin ev və xatirə muzeylərinin yeni veb- saytlarının təqdimatı keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şıxəmmədov, Baş İdarənin rəisi Vüqar Zeynalov və digər rəhbər işçiləri, Bakı şəhər muzey və kitabxanaların direktorları və media nümayəndələri iştirak ediblər.

İdarənin tabeçiliyində olan N.Nərimanovun xatirə muzeyi, M.S.Ordubadinin xatirə muzeyi , C.Məmmədquluzadənin ev muzeyi, Ə.Əzimzadənin ev muzeyi və C.Cabbarlının ev muzeylərinin rəsmi internet saytları yenilənərək istifadəyə verilib. Saytlar 3 ay ərzində yeni dizayn və son texnologiyaları dəstəkləyən sistemlə hazırlanıb.

İnformasiya texnalogiyalarının sürətli inkişafını və istifadəçilərinin çox hissəsinin mobil telefonla veb saytlara daxil olduğunu nəzərə alaraq,saytlar üçün ayrı ayrılıqda mobil sayt versiyası hazırlanıb, 5 saytın hər biri "Google" axtarış sisteminə uyğun olaraq tam adapdatsiya olunub və optimallaşdırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində











loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...