Qaraciyəri təmizləyən, əsəbləri sakitləşdirən müalicəvi bitki çayları
Sağlamlıq
4 Oktyabr 2017 18:53

Qaraciyəri təmizləyən, əsəbləri sakitləşdirən müalicəvi bitki çayları


Elə bitki çayları var ki, yatmazdan əvvəl onları içəndə yağların təmizlənməsi və yandırılmasını sürətləndirir.

Publika.az oxucuları qaraciyər piyləməsinin müalicəsində müsbət nəticələr göstərən bitki çayları ilə tanış edib.

Həkimlər söyləyir ki, ən yaxşı detoktasiya biz yatanda baş verir. Yuxuda olan zaman bədən və toxumalar bərpa olunur.

Çin təbabətində deyilir ki, qaraciyər səhər saat 1-dən 3-dək işləyir. Odur ki, qaraciyərin səmərəli təmizlənməsi üçün yuxu ideal vaxtdır. Digər bioloji mayelərin təmizlənməsi və maddələr mübadiləsinin sürətlənməsi üçün bitki çaylarının rolu böyükdür.

Çobanyastığı çayı

Çobanyastığı çayı - yatmazdan qabaq məsləhət görülən ən populyar faydalı içkidir. Onun tərkibindəki acı maddələr qaraciyərin təmizlənməsinə kömək edir.

Çobanyastığından əsəbləri sakitləşdirmək, yuxu pozğunluğunu bərpa etmək və rahatlamaq üçün istifadə olunur. Bu otun iltihabları məhv edən effektləri var.

Limonlu su

İsti limonlu suyu adətən bizə səhər yuxudan oyandıqdan sonra içməyi məsləhət görürlər. Su qabına bir dilim limon, yaxud sıxılmış suyu əlavə etmək olar. Gecə isə limon suyu zəhərləri qanı təmizləməyə kömək edir. Amma yadda saxlayın ki, limonlu su isti halda güclü təsir göstərir.

3. Şanagüllə toxumu

Bu, həm də bütün orqanizm üçün faydalı olan bitkidir. Şanagüllə toxumunun çayını yatmazdan əvvəl hazırlamaq olar. O neqativ fikirlərdən, gərginlikdən və bütün narahatlıqlardan xilas olmaq üçün faydalıdır.

Sürətli ürək döyünməsi zamanı sakitləşməyə kömək edir, effektini artırmaq üçün çaya lavanda əlavə etmək olar.

4. Qızılgül çayı

Roza ürək və emosiyalarla bağlı olan gözəl bitkidir. O, qaraciyərin enerji axınının düzgün təmin etmək üçün çox faydalıdır, çünki enerji pozulması depressiv hallara gətirib çıxarır.

Roza çayı orqanların toksinlərdən effektiv təmizlənməsindən xilas olmağa və qan dövranını bərpa etməyə kömək edir.

5. Nanəli çay

Nanə həzmə kömək edən çox faydalı bitkidir. Nanə yuxunun pozulmasına gətirib çıxara bilən simptomuları aradan qaldırır.

Qaraciyər həzm prosesində də iştirak edir, odur ki, bu orqanın təmizlənməsində də rol oyanyır.

6. Yulaf çayı

Bu çay qaraciyərin təmizlənməsi üçün faydalı olan zülallar, yüksək səviyyədə vitamin və minerallarla xarakterikdir. Bundan başqa, yulaf emosiyaları balanslaşdırmağa və sakitləşməyə kömək edir.

7. Cır çin limonu

Bu giləmeyvə ciyəri zərərli maddələrdən qoruyur, həmçinin orqanların düzgün fəaliyyət göstərməsinə kömək edir.

Qaraciyərdə piylərin yandırılması zamanı bir şeyi nəzərə almaq lazımdır ki, çoxlu maye qəbul etmək vacib şərtdir. Bundan əlavə, unutmayın ki, normal yuxu orqanlarının düzgün işləməsini təmin edir. Həmçinin həyat tərzi və qidalanma rasionunda dəyişikliklər də adaptasiya üçün vaxt tələb edir. Öz bədəninə qarşı diqqətli olmaq və onu stress həddinə gətirmək olmaz.

Aytən

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...