Beynəlxalq Muğam Mərkəzində İtalyan dili həftəsinin açılış mərasimi keçiriləcək
Digər
4 Oktyabr 2017 19:24

Beynəlxalq Muğam Mərkəzində İtalyan dili həftəsinin açılış mərasimi keçiriləcək


Beynəlxalq Muğam Mərkəzində oktyabrın 16-sı Bakıda keçirilən İtalyan dili həftəsinin açılış mərasimi keçiriləcək.

Milli.Az bildirir ki, tədbir İtaliyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və Beynəlaxlq Muğam Mərkəzinin dəstəyi ilə keçiriləcək.

İtalyan dili həftəsi - bu bir beynəlxalq layihədir və italyan dilinin təbliğatına xidmət 
edir. Hər ilin oktyabr ayının üçüncü həftəsi İtaliyanın Xarici işlər nazirliyi bu layihəni bütün dünyada təşkil edir. Həftə ərzində konfranslar, sərgilər, konsertlər, görüşlər keçirilir.

Bu il 16-23 oktyabr tarixlərini əhatə edən İtaliya dili həftəsinin movzusu İtaliya Kinomatoqrafiyasıdır.

Beynəlxalq Muğam Mərkəzində italiyan dili həftəsinin açılış konsertində məşhur italyan 
filmlərində istifadə edilən və italyan bəstəkarlarının filmlər üçün bəstələdikləri sevilən musiqilər piano, simli kvartet, əməkdar artistlər Fəridə Məmmədova (soprano) və Siruz Məmmədovun (truba) ifasında səslənəcək. 

Gecənin xüsusi qonağı məhşur italyan rejissoru və ssenarist Françesko Brunidir.

Konsertin biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından, Asan xidmət mərkəzlərinin 
kassalarından və onlayn olaraq iticket.az saytından əldə etmək mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...