Bakıda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyası keçiriləcək
İqtisadiyyat
4 Oktyabr 2017 19:42

Bakıda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyası keçiriləcək


Bakı. Trend:

Yunanıstanın Loutraki şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (ATTŞA) növbəti Baş Assambleyası keçirilir.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda nazirliyin aparıcı məsləhətçisi Günel Aslanova iştirak edir.

Tədbiri açıq elan edən Loutraki şəhərinin meri Georgius Gkionis Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına üzv olan ölkələri salamlayaraq, növbəti Baş Assambleyasının məhz bu şəhərdə keçirilməsindən məmnun olduğunu bildirib. Daha sonra Yunanıstanın Bələdiyyələr Birliyinin prezidenti Georgius Patoulis öz çıxışında bu kimi tədbirlər üzv ölkələrin sağlamlıq və termal imkanlarının təbliğatı üçün mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, ATTŞA-ya 15 ölkədən 42 üzv daxildir. Assosiasiya “Tarixi Termal Şəhərlər Birliyi” yaradaraq onların dünyada tanıdılması və yeni termal imkanların araşdırılması istiqamətində mühüm işlər görür.

Assambleya çərçivəsində Türkiyənin Pamukkale şəhəri, Rusiyanın Kislovodsk şəhəri, İspaniyanın Mondariz Balneario şəhəri, Gürcüstanın İmereti şəhərinin təqdimatları keçirilib və səsvermə nəticəsində Assosiasiyaya üzv seçiliblər.

Daha sonra G.Aslanova tərəfindən Qalaaltı regionunun geniş təqdimatı keçirilib, sağlamlıq və termal imkanları haqqında məlumat verilib, növbəti ildə üzv ölkələr Azərbaycana dəvət edilib. ATTŞA-nın prezidenti Guiseppa Bellandi 2018-ci ilin may ayında ilk Baş Assambleyasının Azərbaycanda Qalaaltı regionunda keçiriləcəyini bildirib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...