Pike yığmadan gedəcəyi vaxtı açıqladı
İdman
4 Oktyabr 2017 19:44

Pike yığmadan gedəcəyi vaxtı açıqladı


Son günlər tənqidlərə məruz qalan İspaniya millisinin müdafiəçisi Xerard Pike azarkeşlər tərəfindən fitə basılmasına münasibət bildirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Barselona"nın oyunçusu təşkil edilən mətbuat konfransında yığmadan getməyi düşünmədiyini söyləyib. 

30 yaşlı futbolçu yığmanın toplanışı zamanı azarkeşlərin ona qarşı etirazına görə məyus olduğunu əlavə edib: "Təhqirlərə məruz qalmaq və fitə basılmaq xoş deyil. Baş verənlər mənim üçün çətin şeylərdi. Amma yığmadan getmək həmin insanları haqlı çıxarar. Müstəqillik tərəfdarları da yığmada oynaya bilərlər. Müstəqillik istəyirəmsə, bu o demək deyil ki, İspaniyaya qarşıyam. 15 ildi millinin formasını geyinirəm. Bura mənim üçün ailə kimidi və formanı geyinməyimin ən böyük səbəblərindən biri də budu. İspaniya yığmasında oynadığım üçün fəxr edirəm. Heç kim buna şübhə etməsin".
 
Kataloniyadakı referendum zamanı səsləndirdiyi fikirlərin arxasında olduğunu söyləyən ulduz futbolçu DÇ-2018-in ardından milli karyerasını bitirəcəyini də bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...