İŞİD-i niyə dağıtmaq olmur? - Moskvadan ŞOK İDDİA
Dünya
4 Oktyabr 2017 19:48

İŞİD-i niyə dağıtmaq olmur? - Moskvadan ŞOK İDDİA


Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov ABŞ-a xəbərdarlıq edib.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, Konaşenkov Rusiya aviasiyasının Suriyada “təsadüfi” hər şeyi məhv etməyə hazır olduğunu bildirib.

O, vurğulayıb ki, İŞİD-in 300 döyüşçüsü əllərində olan dəqiq koordinatlarla yolsuz yer maşınları ilə Suriya qoşunlarının gizli postlarından əminliklə keçirdi. Rusiyalı general qeyd edib ki, bu koordinatları yalnız mütəxəssislər tərəfindən emal edilmiş hava kəşfiyyatı nəticəsində almaq mümkün idi.

Konaşenkov bildirib ki, başqa qrup bu zaman Suriya ordusunun postlarına bir neçə uyğunlaşdırılmış hücum edib.

“Əgər ABŞ-da bunu gözlənilməyən təsadüf hesab edirlərsə, onda Rusiya hərbi aviasiyası bütün belə “təsadüflər”in tam məhv edilməsinə hazırdır, — Konaşenkov dedi.

Qeyd edək ki, ABŞ İŞİD döyüşçülərinin Suriya qoşunlarının yerləşdiyi ərazilərə dəqiq xəritələrlə hücumunu “təsadüf” adlandırıb. Rusiya tərəfi isə İŞİD-ə bu xəritələri ABŞ-ın ötürməsindən şübhələnir.

İqor Konaşenkov daha əvvəl bildirib ki, İŞİD terrorçularına ABŞ-ın göstərdiyi dəstək bu qruplaşmanın Suriyada dağıdılması üçün əsas maneədir. O qeyd edib ki, Rusiya aviasiyası və Suriyanın hökumət qoşunlarının müvəffəqiyyətləri Vaşinqtonun planlarına daxil deyil. General həmçinin xatırladıb ki, sentyabrın 28-də terrorçuların hücumları ABŞ-ın hərbi nəzarəti altında olan zonadan edilmişdi.

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...