İrəvanın gizlətdiyi SİRLƏR, ya “Lavrov planı”, YA DA... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Digər
4 Oktyabr 2017 20:03

İrəvanın gizlətdiyi SİRLƏR, ya “Lavrov planı”, YA DA... – GÜNÜN SİYASİ XÜLASƏSİ


Dağlıq Qarabağ məsələsi MDB xarici işlər nazirlərinin Soçi görüşündə müzakirə oluna bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərə hazırlaşır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu Tehrana səfər edib. Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən türk vətəndaşlara xəbərdarlıq edib. Kataloniya ən yaxın həftə ərzində müstəqilliyini elan edəcək. İŞİD Suriya və İraqda məğlubiyyətdən sonra strategiyasını dəyidirir.

Dağlıq Qarabağ məsələsi MDB xarici işlər nazirlərinin Soçi görüşündə müzakirə oluna bilər. Bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinq zamanı deyib.

Lakin o bildirib ki, bunu dəqiqləşdirmək lazımdır: “Belə bir müzakirənin keçirilməsi istisna deyil, amma dəqiqləşmə tələb edir. Mən dəqiqləşdirəcəyəm”.

Qeyd edək ki, MDB ölkələri xarici işlər nazirlərinin görüşü oktyabrın 10-da keçiriləcək.

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərə hazırlaşır. Səfərin əsas məqsədi prezidentlərin görüşünün razılaşdırılmasıdır. Ekspertlər güman edir ki, həmsədrlər buna nail olacaqlar. Maraqlıdır ki, prezidentlərin görüşünün təşkili haqda söz-söhbətin gəzdiyi vaxt Rusiya mediası “Lavrov planını” yenidən gündəmə gətirir.

Erməni siyasi şərhçi Aram Amatuni bu plana razı olmayacağı təqdirdə Sarkisyanın Rusiya tərəfindən devrilə biləcəyini yazıb.

Moskva Sərkisyanın qarşısına İKİ SEÇİM QOYDU: ya “Lavrov planı”, ya da... - İRƏVANDAN ETİRAF

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən türk vətəndaşlara xəbərdarlıq edib. Türkiyə XİN vətəndaşlarının bu səfərini qanunazidd adlandırıb.

Ermənistan müdafiə naziri Viqen Sarkisyan bu posta təyin olunmasından ötən bir il ərzində görülən işlərlə bağlı hesabat verib. V.Sarkisyan Ermənistan ordusunda hər şeyin yaxşı olduğunu, hərbi qulluqçuların sosial problemlərinin həll edildiyini iddia edib. Lakin Ermənistan ictimaiyyəti müdafiə nazirinin yalan danışdığını hesab edir.

Erməni jurnalist Tevos Arşakyan isə Ermənistan ordusunun acınacaqlı vəziyyətini qələmə alıb.

Ermənistanın “MƏXFİ” qriflə gizlətdiyi SİRLƏR ÜZƏ ÇIXDI - Düşmən ordusu DARDA

Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi İttifaqından çıxışı məsələsinin öyrənilməsi üzrə müvəqqəti parlament komissiyasının yaradılması haqqında qanun layihəsini rədd edib.

Qanun layihəsi “Yelk” müxalifət fraksiyası tərəfindən hazırlanmışdı. Komissiyanın yaradılmasına 10 deputat səs verib, 79-u isə ona qarşı çıxıb. “Yelk”dən başqa, komissiyanın yaradılmasına parlamentin bütün fraksiyaları qarşı çıxıblar.

Ermənistan parlamenti müxalifətin təklifini rədd etdi

Ermənistanda hərbi vəziyyət elan etmək səlahiyyəti prezidentdən alınaraq, hökumətə həvalə oluna bilər. Bu barədə Ermənistan parlamentində müzakirələr başlanılıb.

Konstitusiyanın yeni versiyasına əsasən, hökumət tərəfindən elan edilən hərbi vəziyyət yalnız parlamentin qərarı ilə ləğv ediləcək. Həmçinin yeni düzəlişlərlə hərbi vəziyyət zamanı məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur. Xüsusən, hərbi vəziyyət elan olunduqdan sonra ölkədə mitinqlər və nümayişlər keçirmək hüququ məhdudlaşdırılacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu Tehrana səfər edib. İranlı həmkarı Həsən Ruhani ilə təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

Prezidentlər görüşdən sonra jurnalistlərin qarşısına çıxıblar.

Dünyanın diqqəti Tehranda - FOTOLAR - VİDEO - YENİLƏNDİ

Türkiyənin Hakkari vilayətinin Yüksekova mahalında PKK terror təşkilatı tərəfindən partlayış törədilib. Küstar üsulla hazırlanmış partlayıcıların partlaması nəticəsində, ilkin məlumatlara görə, 4 əsgər şəhid olub, 4-ü yaralanıb.

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ərtoğruloğlu adanın yunan və türk hissələrinin birləşməsi ilə bağlı keçirilən son müzakirələrin iflasa uğramasından sonra ilk dəfə ABŞ-a səfər edib. Nazir burada Kipr probleminin həllinə dair həyata keçirməyi planlaşdırdıqları “yol xəritəsi”nin detallarını açıqlayıb.

Onun sözlərinə görə, bundan sonrakı danışıqlarda federasiya deyil, yalnız konfederasiyanın qurulması müzakirə mövzusu ola bilər. Tahsin Ərtoğruloğlu federasiya seçiminin onlar üçün ölü olduğunu bildirib.

Türkiyəyə bağlı muxtariyyət yaradılır - İlk dəfə Vaşinqtonda AÇIQLANDI

Rusiya hərbi aviasiyası Suriyada “Ən-Nüsra” Cəbhəsi qruplaşmasının lider heyətinin olduğu nöqtəyə aviazərbələr endirib. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkovun sözlərinə görə, qruplaşmanın lideri Əbu Məhəmməd Culyani ağır qəlpə yaraları alıb.

“Aviazərbələr nəticəsində qruplaşmanın başçısı Əbu Məhəmməd Culyani çoxsaylı ağır qəlpə yaraları alıb və əllərindən məhrum olub. Bir neçə müstəqil mənbənin məlumatına görə, onun vəziyyəti kritikdir”, - Konaşenkov deyib.

Həmçinin hücum vaxtı “An-Nüsra” Cəbhəsinin 12 səhra komandiri, həmçinin Culyaninin ən yaxın köməkçisi, qruplaşmanın təhlükəsizliyinin xidmət rəisi Əhməd əl-Qizai məhv edilib.

“İŞİD Suriya və İraqda məğlubiyyətdən sonra strategiyasını dəyidirir”. Bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, İŞİD başçıları Yaxın Şərq xaricində yeni ümumdünya terror şəbəkəsinin yaradılması istiqamətində strategiyanı dəyişirlər. Bortnikov qeyd edib ki, İŞİD Suriya və İraqda son vaxtlar böyük ərazilər və neft rayonları üzərində nəzarəti itirib.

Silahlı konfliktlərin yeni mərkəzləri yaradılır - Kəşfiyyat şefindən SOS

MOSSAD-ın əsas hədəfi İrandır. Bunu jurnalistlərə açıqlamasında İsrail kəşfiyyatı MOSSAD-ın rəhbəri Yossi Koyen söyləyib.

Məsud Bərzaninin keçirdiyi “müstəqillik referendumu” türkman torpağı olan Kərkükün işğal planına çevrildi. Bir tərəfdən Bərzani demoqrafik vəziyyətin dəyişdirildiyi Kərkükü də qondarma referenduma daxil etdi, digər tərəfdən ABŞ-ın dəstəklədiyi PKK/PYD Suriyada üzünü Deyrizor bölgəsinə çevirdi. Deyrizor üzərindən Suriyanın cənubunu hədəfə alan PKK əslində 83 il öncə cızılmış bir xəritənin həyata keçirilməsi prosesində iştirak edir. Söhbət Kərkük neftinin İsrailin Hayfa limanına daşıyacaq boru xətti layihəsindən gedir. Kərkük nefti 1934-cü il 15 sentyabr tarixindən başlayaraq, Hayfa limanına daşınırdı. Lakin 1948-ci ildə İsrail yaranandan sonra, bu xətt bağlandı.

“Yeni Şafak” qəzeti Bərzaniyə dəstək verən İsrailin Kərkük və Suriya neftinə təkbaşına hakim olmaq istədiyini yazır.

“Əslində “Böyük Kürdüstan” “Böyük İsrail” layihəsidir və Kərküklə Mosulun ələ keçirilməsində hədəf İraq və Suriya neftini Hayfa limanına daşıyacaq layihənin həyata keçirilməsidir”, - deyə nəşr qeyd edib.

Kürd referendumunun əsl hədəfi ORTAYA ÇIXDI: yəhudilərin GİZLİ MƏQSƏDLƏRİ

Türkiyə İraq və İranla birlikdə PKK-nın əsas qərargahı olan Qəndilə, eləcə də sentyabrın 25-də müstəqillik referendumu keçirən Şimali İraq Kürd Muxtariyyətinə hərbi müdaxilə edə bilər. Bu barədə “Türkiyə” qəzetinin köşə yazarı Batuhan Yaşar yazıb.

Yazar qeyd edir ki, Türkiyə daxilində PKK-nın “belini qırmaq” üçün bütün təhlükəsizlik qurumları səfərbər edilib.

Türkiyə İran və İraqla birgə hücuma hazırlaşır - Qəndil yerlə bir ediləcək, Bərzani...

İraq Kürd Muxtariyyətinə neft sanksiyası tətbiq etmək qiymətlərin yüksəlməsinə səbəb olacaq. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya enerji həftəsində çıxışı zamanı deyib.

“Sanksiya tətbiq edilməsi qlobal enerji bazarlarına təsir edəcək, qiymətlər yüksələcək. Bununla maraqlananların sayı çox azdır. Real həyatda baş verəcəklərə daha diqqətlə baxmaq lazımdır. İstənilən təklif vəziyyəti provakasiya etməməlidir”, - Putin bildirib.

Kataloniya ən yaxın həftə ərzində müstəqilliyini elan edəcək. Bu haqda Kataloniya muxtar vilayətinin baş naziri Karles Puçdemon BBC-yə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Kataloniyanın yeni hökuməti artıq bu həftənin sonu, ya da növbəti həftənin əvvəli bu istiqamətdə işləməyə başlayacaq.

Puçdemon həmçinin qeyd etdi ki, İspaniya hökuməti prosesə müdaxilə edərsə və Kataloniya hökumətini nəzarət altına almağa çalışarsa, bu, onun böyük səhvi olacaq.

Xatırladaq ki, oktyabrın 1-də keçirilən referendumda iştirak edənlərdən 90 faizinin müstəqillik lehinə səs verdiyini deyib.

İspaniya hökuməti referendumu qanunsuz hesab edir və onun nəticələrini tanımır.

Ukrayna Prezidenti Pyotr Poroşenko “Donbasın reinteqrasiyası” haqqında qanunun qüvvəyə minməsindən sonra Donetsk və Luqansk vilayətlərinin rayonlarında yerli muxtariyyətin xüsusi statusunu uzatmağı təklif edib. Ali Radaya göndərilən qanun layihəsində Donetsk və Luqansk vilayətlərində Kiyevin nəzarətində olmayan ərazilər üzərində Ukraynanın suverenliyinin təminatı üzrə dövlət siyasətinin xüsusiyyətləri yer alıb.

Rusiya rəsmən işğalçı adlandırıldı - QANUN LAYİHƏSİ

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 oktyabr

Astroloji proqnoz - 19 oktyabr

19 Oktyabr 2017 00:13
Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...