Komitə sədrindən etiraz: Onlar cəmiyyətin içinə necə çıxa bilərlər?
Ölkə
4 Oktyabr 2017 20:04

Komitə sədrindən etiraz: Onlar cəmiyyətin içinə necə çıxa bilərlər?


Zorakılığa məruz qalan insanların, xüsusilə uşaqların ad və soyadının, yaşadığı ünvanların KIV-lər tərəfindən açıq şəkildə verilməsi düzgün deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, məlumatların açıq yazılması həmin insanlar üçün problemlər yaradır:

"Bir çox saytlarda zorakılıq halları barədə məlumatlarla çox rastlaşırıq. Əfsuslar olsun ki, bu məlumatlar çox zaman professional şəkildə olmur. Məlumatlar fakt kimi verilə bilər. Amma zorakılıq qurbanlarının, xüsusilə uşaqların adlarının verilməsi düzgün deyil. Həmin insanlar sonradan cəmiyyətin içinə necə çıxa bilərlər? Xarici kanallarda zorakılıq qurbanlarının üzünü örtürlər, adlarını vermirlər. Bu, belə olmalıdır".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...