Sergey Şoyqunun müavinləri axtarışa verildi
Dünya
4 Oktyabr 2017 20:28

Sergey Şoyqunun müavinləri axtarışa verildi


Ukrayna Baş prokurorluğu Rusiya müdafiə nazirinin iki müavini - Nikolay Pankov və Dmitri Bulqakov, həmçinin Rusiya Hərbi Dəniz Donanmasının baş komandanının müavini Aleksandr Fedotenkovun axtarışını elan edib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda idarənin mətbuat xidməti bildirib.

“Bu şəxslər barəsində ittiham aktları xüsusi məhkəmə təhqiqatının həyata keçirilməsi üçün 4 oktyabr 2017-ci il tarixində məhkəməyə göndərilib. Onlardan hər birinin axtarışı elan edilib”, - xəbərdə deyilir.

Qeyd edilir ki, xüsusi məhkəmədən əvvəl adıçəkilən şəxslər barəsində araşdırmalar başa çatıb. Onlar Ukraynanın Cinayət Məcəlləsinin maddələri üzrə bir sıra cinayətlərin törədilməsində ittiham olunur.

Qeyd edək ki, Ukraynanın Baş hərbi prokurorluğu sentyabrın sonunda dindirilmə və cinayət işinin materialları ilə tanış olmaq üçün Nikolay Pankov, Dmitri Bulqakov və Aleksandr Fedotenkovu çağırıb.

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...