Amerikalıların silah ehtirası: Statistika və faktlar
Dünya
4 Oktyabr 2017 20:34

Amerikalıların silah ehtirası: Statistika və faktlar


ABŞ-ın Las-Veqas şəhərində oktyabrın 2-də "Mandalay Bay Hotel" mehmanxana kompleksinin qarşısında təşkil edilən musiqi festivalına silahlı hücum oldu. Hadisə nəticəsində 59 insan öldü, 500-dən çoxu yaralandı. Bu, qurbanların sayına görə ABŞ-da ən qanlı hücum hesab olunur.

Hücum Nevada ştatının Meskit şəhərində yaşayan Stiven Peddok tərəfindən təşkil edilmişdi. Onun qaldığı mehmanxana otağından 23 ədəd, evindən isə 19 ədəd odlu silah, çoxsaylı patron və partlayıcı maddələr aşkarlandı. Bu faktlar amerikalıların silaha olan ehtirasını növbəti dəfə nümayiş etdirdi.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın "Qardian" nəşrinin yazdığına görə, ABŞ-da hər bir 100 insanda atıcı silahın 88 vahidi var.

Bundan başqa, ABŞ yalnız silahların sayına görə dünyanın lider ölkəsi deyil. "International Journal of Criminal Justice Sciences" təşkilatının jurnalında dərc edilmiş tədqiqatın müəllifləri bildirirlər ki, ölkədə kütləvi güllələmələr istənilən başqa inkişaf etmiş ölkədən 11 dəfə çoxdur.

2012-ci ildə BMT-nin narkotiklər və cinayətlər üzrə illik hesabatında da deyilir ki, adambaşına düşən silahların sayına görə ABŞ dünya lideridir. ABŞ-da hər 100 nəfərə 88 odlu silah düşdüyü halda, İkinci yerdə olan Yəməndə bu göstərici 54,8-dir
Dünya üzrə mülki şəxslərin payına düşən odlu silahların yarısı ABŞ-da cəmlənib. 2007-ci ildə aparılan tədqiqata əsasən, ABŞ-dakı əhali planetin əhalisinin 5 faizindən azdır, amma mülki şəxslərə aid olan odlu silahlar dünya üzrə ümumi sayın 35-50 faizini təşkil edir.

Hər il 30 mindən çox amerikalı güllə yaralanmasından ölür. Bu ölümlərin təxminən üçdə biri intiharların payına düşür. Ümumilikdə isə, ölkədə hər il 100 mindən çox insan güllələnir.

Tədqiqata əsasən, hər il güllə yaralanmalarının müalicəsinə 2,8 milyard dollar xərclənir. Müalicə və itirilmiş əmək haqlarını toplasaq, hər il odlu silahın tətbiqi ilə cinayətlər ABŞ-a 45 milyard dollara başa gəlir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...