Cinsini dəyişən məşhurlar -
Dünya
4 Oktyabr 2017 21:02

Cinsini dəyişən məşhurlar -


Dünyada bir çox tanınmış şəxs cinsini dəyişib. Onların arasında idmançılar da var. 

Metbuat.az-ın məlumatına görə, bu barədə ilk dəfə olaraq açıq şəkildə 1986-cı ildə danışılmağa başlanıb. Həmin il keçirilən Olimpiada oyunlarına məhz cinsiyyət dəyişikliyi damğasını vurub. Məsələnin kökü isə 1980-cı illərdə kommunist Almaniyasına qədər uzanır. Məhz bu ölkədə kapitalizmə qarşı mübarizə aparmaq üçün qadın idmançılara kişi hormonlarının köçürüldüyü barədə məlumatlar var. Qadın atlerlər idmandan ayrıldıqdan bir neçə il sonra məhz bu hormanlar nəticəsində cinsini dəyişdirmək məcburiyyətində qalıblar.

1986-cı il Olimpiada oyunlarında güllə atıcılığında rekorda imza atan və 8 il əvvəl cinsini dəyişən Heidi (Andreas) Krieger 800-ə yaxın idmançının eyni problemlərlə qarşılaşdığını bildirib. "The Times" qəzetinə müsahibəsində o, 15 yaşından etibarən "Turinabol" adlı dərmanı qəbul etdiyini vurğulayıb:

"Səsimin qalınlaşması, üzümdə tüklərin çıxması məni narahat etmirdi. Kapitalizmə qarşı kommunizmi daha da yüksəltmək tapşırığı almışdıq. Alman kəşfiyyatı oyunlarda dopinq testindən normal çıxmağımız üçün "Komplex 08" adlı bir layihə həyata keçirirdi".

Bu dərmanlar nəticəsində 8 il əvvəl cinsini dəyişərək kişi olmaq məcburiyyətində qalan atletlə bərabər 1980-cı ildə 400 metr məsafəyə üzməkdə qızıl medal qazanan Petra Schneider, arxası üzrə üzməkdə onlarla rekordu təzələyən Rica Reiniş kimi qadın idmançılar da məhkəməyə müraciət etmişdilər. Şirkətə açılan məhməkə işi uzun illər davam edə bilər.  

Hansı qadınlar kişi oldu? 

1983-cü ildə 800 metrəyə qaçmaqda qələbə qazanan Jarmila Kratoşvilova da cinsini dəyişib. Sərbəst üzmədə rekorda imza atan Karen Koenig də bu sıradadır. Siyahıda həvəskar komandada futbol oynayan Karen Günş də var.O, cinsini dəyişdikdən sonra futboldan uzaqlaşdırılıb. Amerika beyzbol liqasının oyunçusu Cammilia Sune də cinsini dəyişərək kişi olub. Bu siyahıda üzşüçü Klaudia Çarriezin də adı var 


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...