Prosineçki: "Penalti olsa, Rəşadın vurmasına imkan verməyəcəm" - FOTOLAR
İdman
4 Oktyabr 2017 21:03

Prosineçki: "Penalti olsa, Rəşadın vurmasına imkan verməyəcəm" - FOTOLAR


DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Çexiyanı qəbul edəcək Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, xorvat mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Sabah seçmə mərhələdə son ev oyununa çıxacağıq. Çexiya millisi son oyunlarda uğursuz çıxış etsə də, güclü rəqibdir. Bizi çətin oyun gözləyir. Onların oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı nəticə qazana biləcəyik.

- Sabah penalti olsa, bu zərbəni Rəşad Sadıqovun vurması üçün şərait yaradacaqsız?
- Artıq 3 ildir Azərbaycandayam. Mən gələndən Rəşad millinin kapitanıdır. Məhz mənim rəhbərliyim altında 100-cü oyununu keçirib. Millinin əsas üzvlərindən biri olub. Sabah penalti olsa, şəxsən mən imkan vermərəm vursun. Niyə? Çünki birdən vura bilməsə, onda necə olacaq?

Bu vaxt Rəşad Sadıqov Prosineçkinin sözlərinə əlavə olaraq “Məncə, bu, düzgün deyil. Bu zərbələri kim yaxşı yerinə yetirirsə, o da vurmalıdır. Məşqçi olsam da, bu qərarı verərdim” deyib.

- Bu oyuna köklənmə ilə bağlı problem yoxdur ki?
- Sabah son ev oyunumuzu keçirəcəyik. Buna görə, motivasiya ilə bağlı heç bir problemimiz yoxdur.

- Rəşad Sadıqovun əsas əvəzləyicisi kimi hansı oyunçunu görürsüz?
- Futbolçu həyatı elədir ki, çox qısa çəkir. Rəşadın da dediyi kimi hər şeyin sonu var. Əsas odur, nə vaxt getməli olduğunu biləsən. Rəşad Azərbaycan futbolunun görkəmli simalarından biridir. O ki qaldı onu kimin əvəz etməsinə, indi bu barədə danışmaq istəmirəm. Çünki sabahkı matça köklənmişəm.

















loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 21 oktyabr

Astroloji proqnoz - 21 oktyabr

21 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...