78 siam timsahları qaçdı
Maraqlı
4 Oktyabr 2017 21:14

78 siam timsahları qaçdı


Çinin Siçuan bölgəsindəki fermadan 78 cavan siam timsahları qaçıb. Milli.Az musavat.com-a istinadən bildirir ki, təmir zamanı təsadüfən konteynerin qapıları açıq qalıb və 78 timsah azadlığa çıxıb.

Son nəticədə onların böyük bir qismi yaxalanıb, beşi isə aradan çıxmağı bacarıb. Bölgə rəhbərliyi axtarış qruplarını işə qoşublar və ümid edirlər ki, ya itən timsahları tapacaqlar, ya da onların ölməsi ilə bağlı hər hansı bir ip ucu əldə edəcəklər. Cavan siam timsahları insanlar üçün hər hansı təhlükə təşkil etmir. Əgər onlar sağ qalıb, çaya qədər özlərini çatdırsalar, böyüyə və arta bilərlər. Buna bənzər presedentlər Floridada da zaman-zaman baş verib.

Siam timsahları Kambocada, İndoneziyada, Malaziyada, Laosda, Myanmedə, Vyetnamda, Taylandda və Kalimantan sahillərində daha çox görünür. Onlar 3-4 metr uzunluğuna qədər böyüyürlər. Bu növ artıq yox olmaq üzrədir. Yer üzündə ümumən bu heyvanlardan cəmi 5 min dənə qalıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...