Dağ siçanına görə türmədə bunt oldu
Maraqlı
4 Oktyabr 2017 21:24

Dağ siçanına görə türmədə bunt oldu


Britaniyadakı türmələrdən birində məhbuslar üsyan ediblər. Buna məhbuslardan birinə məxsus olan dağ siçanının ölməsi səbəb olub. Milli.Az musavat.com-a istinadən bildirir ki, bu üsyanda dörd nəfər məhkum fəal olub.

Onlar mebelləri, lampaları qırıblar, daha sonra isə mərtəbələrarası pilləkənlərdə oturublar. Məhkumlar kameralarda aparılan yoxlama əməliyyatlarından narazılıqlarını bildiriblər. Bundan başqa, 23 yaşlı Kayl Bleki saxladıqları heyvanın ölümündən də qəmgin olduqlarını deyib. Xatırladaq ki, Britaniyada yaxşı davranışa görə məhkumlara heyvan saxlamaq icazə verilir. Amma bununla belə, mübahisəyə səbəb olan heyvanın hansı şəraitdə, harada saxlanması sual olaraq qalır. Buntun baş verməsi nəticəsində cəzaçəkmə müəssisəsinə dəyən ziyanın məbləği 15.5 min dollar olub. 4 saat davam edən buntu sakitləşdirmək çətin olsa da, onun törədiciləri özlərini günahkar sayıblar.

Onları müxtəlif kameralara yerləşdiriliblər, gələcəkdə isə fərqli türmələrə köçürəcəklər.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...