Şagirdləri lənətlədiyi üçün həbs olundu
Maraqlı
4 Oktyabr 2017 21:44

Şagirdləri lənətlədiyi üçün həbs olundu


Tokio sakini Takesi İnabunu şagirdləri lənətlədiyinə görə həbs ediblər. Milli.Az musavat.com-a istinadən bildirir ki, 41 yaşlı yapon uşaqların keçdiyi piyada keçidində vara-ninqyo adında ənənəvi lənətlənmiş gəlincik qoyub. O, həmin yerə eyni zamanda kiçik bir yazı da yazıb: "Sizin hamınız, avarasınız və ölməyinizi arzu edirəm". 

Vara-ninqyo adlı oyuncaq polisin də marağına səbəb olub. İnabu etiraf edib ki, məktəblilərə həqiqətən də lənət göndərmək istəyib: "Park boyunca qaçan bu uşaqlar həddən artıq səs-küy qoparırlar". O, hərəkətini belə izah etməyə çalışıb. Daha öncə İnabu ibtidai məktəbin əməkdaşlarına, eləcə də şagirdlərin valideynlərinə dəfələrlə şikayət ərizəsi yazıb. Bundan başqa, "uşaqlar çox səs-küy qoparır" sözləri parkdakı skamyaların və ictimai ayaqyolunun divarlarına da yazılıb. Polis şübhələnir ki, bunu edən də Takesi İnabunudur.

2013-cü ildə də xəbər yayılmışdı ki, Amerikanın Florida ştatında yaşayan Haiti sakini olan bir qadın vuduist lənətindən xilas olunmaq üçün polisə müraciət edib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...