Əhali mağazanı soymaq istəyən oğruları daşqalaq etdi
Maraqlı
4 Oktyabr 2017 21:44

Əhali mağazanı soymaq istəyən oğruları daşqalaq etdi


Britaniyanın Birminqem şəhərində yerli sakinlər zinyət əşyaları satılan mağazanı qarət etmək istəyən şəxsləri daşqalaq ediblər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, dörd nəfər naməlum şəxs sahibi qızıl mağazasını bağlayan vaxt içəri hücum edib. Onlardan biri qapının ağzında dayanıb, digərləri isə əllərində çantaya qiymətli əşyaları doldurublar. Mağazanın qabağında onları "Audi S3" maşını gözləyib. Dörd dəqiqə sonra küçəyə qonşu mağazanın əməkdaşları və piyadalar toplaşıb.

Üç qarətçi öz maşınlarına doğru qaçanda onları kərpic və kəsici alətlərlə vurublar. Yerli sakinlər eyni zamanda "Audi" maşının arxa şüşəsini də daşla vurub qırıblar, qarətçilərin maşının qapısını bağlamağa mane olmağa çalışıblar. Buna baxmayaraq, cinayətkarlar gizlənməyə müvəffəq olublar. Onlar qrupun dördüncü üzvünü də götürüb aradan çıxmağa nail olublar. Şahidlərdən birinin dediyinə görə, mağaza sahibi yaralanıb. Bundan başqa, oğrulara mane olmağa çalışan yerli sakinlərdən birinin əli kəsilib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...