Pediatrdan analara ÇAĞIRIŞ
Sağlamlıq
4 Oktyabr 2017 21:54

Pediatrdan analara ÇAĞIRIŞ


Artıq oktyabrın 1-dən ana südü ilə qidalanmanın təbliği həftəsi başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə dünyada ana südü ilə qidalanma 38%, UNİCEF-in verdiyi məlumata görə isə bu hal Azərbaycanda 12% təşkil edir. Bununla bağlı ÜST 2025-ci ilə qədər bu rəqəmin 50% qaldırılmasını nəzərdə tutub və bütün ölkələri ana südü ilə qidalanmanın dəstəklənməsi və həvəsləndirilməsi üçün geniş səhiyyə maarifi işinin təşkil olunmasına çağırır.

Milli.Az xəbər verir ki, ana südünün faydaları ilə bağlı ailem.az-a məlumat verən pediatr Vaqif Qarayev bildirir ki, doğuşun ilkin saatlarında, ilk 6 ayda və 2 yaşınadək ana südü verməklə dünyada 800 000 min uşağın həyatı xilas olunur: "Ana südünün tərkibindəki bioloji aktiv maddələr erkən yaşlı uşaqların ölümünə səbəb olan problemlərdən - pnevmoniya və diareyadan qoruyur. Döşlə əmizdirən analarda isə döş vəzisi və yumurtalıq xərçənginin yaranma ehtimalı azalır".

Nə qədər tərkibi zəngin süni qarışımlar hazırlansa da bu ana südünü əvəz edə bilməz. Ana südünün tərkibindəki inqredientlər uşağın immun sisteminin güclənməsinə kömək edir, xəstəliklərə, ətraf mühitə qarşı müqavimətini artırır. Xüsusilə uşağın doğulduğu saatlarda ilkin döşə qoyma anlayışı var.  Bu zaman verilən südün tərkibi uşağın mədə-bağırsağına, immun sisteminə çox yaxşı təsir edir". V.Qarayev, təəssüf ki, bizdə xüsusən dövlət doğum evlərində şablon bir qayda qoyublar ki, uşaq 3 gündən sonra ana südü ilə qidalanmalıdır deyə bildirdi: "Amma bu qətiyyən belə deyil. İndi bütün dünyada uşaq, əgər ananın vəziyyəti imkan verirsə doğuşdan 2-3 saat sonra gərək ananın döşündən süd əmsin. Ana südü əmən uşaqların həm fiziki, həm də psixi inkişafı daha normal məcrada gedir. Uşağın ana ilə mənəvi psixoloji baxımlılıq yaranmasında döşlə qidalanmanın böyük əhəmiyyəti var".

Ananın südü olsa da həkimlər tərəfindən uşağa süni qidaların tövsiyyə olunmasına da münasibət bildirən pediatr söylədi ki, belə halların mövcudluğu qətiyyən yolverilməzdir: "Ana südü ilə qidalanma ilə bağlı beynəlxalq bir təşkilat var. Onun göstərişinə əsasən süni qidaların etiketində birinci bənd olaraq qeyd edilməlidir ki, ana südü faydalıdır. Yəni ana bilməlidir ki, əlində tutduğu süni qidadansa ana südü daha faydalıdır. Xüsusilə birinci doğuşdan sonra ola bilir ki, anada süd az olur. Amma bu o demək deyil ki, anada heç vaxt süd olmayacaq və dərhal onu süni qidaya keçirmək lazımdır. Körpə tədricən döşü əmdikcə ananın südü də gələcək. O zaman körpəyə süni qida vermək olar ki, hansısa tibbi göstərişlər olsun. Məsələn anada açıq vərəm varsa təbabət əmizdirməni qadağan edir. Təəssüf ki, bir çox doğum evlərində təzə doğulan körpəni keçirirlər süni qidaya. Mənə tez-tez zəng vururlar ki, həkim, hansı süni qida yaxşıdır? Ondan soruşduqda deyirlər ki, mənim südüm var amma doğum evində dedilər ki, uşağa filan qidanı verərsiniz.  Deyirəm ki, ana südü yoxdursa həmin qidalardan hansını verirsinizsə heç bir problem yoxdur. Çünki hər halda uşaq ac qalmamalıdır".

V.Qarayev gənc analara öz körpələrinə ana südü verməyi tövsiyyə etdi: "Heç kim sizə zorla süni qarışıqları təbliğ edə bilməz! Əgər südünüz azdırsa belə mütləq uşağı döşlə əmizdirin. Saatla əmizdirməyin, uşaq nə vaxt və nə qədər istəsə o qədər döş verin".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...