Logistika və ticarətin inkişafı Azərbaycanın imkanlarını artıracaq - VİDEO
Ölkə
4 Oktyabr 2017 22:34

Logistika və ticarətin inkişafı Azərbaycanın imkanlarını artıracaq - VİDEO


Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin 50 faizindən çoxunun icarasına başlanılıb. Onların bir qismi artıq yekunlaşıb.

Milli.Az bildirir ki, əsas hədəflərdən biri beynəlxalq yükdaşımalar zamanı prosedurların asanlaşdırılması idi. Bu məqsədlə koordinasiya şurası yaradılıb. Şuranın yaradılması ölkəyə daxil olan yüklərin asan yolla daşınmasını təmin edib.

Beynəlxalq koordinasiya şurasının yaradılması yükdaşımaların həcminə təsir göstərib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bu göstəricilər dəfələrlə artacaq.

Bundan əlavə, dövlət başçısı Ələt ərazisində azaq iqtisadi zonanın yaradılmasına xususi əhəmiyyət verir. Azad iqtisadi zonanın yaradılması sözügedən ərazidə ticarət yönümlü sənaye məhsullarının istehsalını və ixracına təkan verəcək. Məsələ ilə bağlı körfəz ölkələri ilə danışıqlar aparılıb və müəyyən razılıq əldə edilib.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması Azərbaycanın tranzit ölkə kimi rolunu daha da gücləndirəcək. Belə ki, yüklərin daşınması, onların saxlanması, eləcə də malların çeşidlənməsi sifarişçi və icraçı ölkələr üçün xeyli sərfəldir.

Bu tədbirlər Strateji Yol Xəritəsinin tranzit ölkə kimi Azərbaycanın rolunun gücləndirilməsinə və nəticədə onun nüfuzunun artmasına təkan verdiyini sübut edir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Logistika və ticarətin inkişafı Azərbaycanın imkanlarını artıracaq

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...