Cəlal Tələbaninin vəfatıyla əlaqədar İraqda 3 günlük matəm elan olunub
Dünya
4 Oktyabr 2017 22:52

Cəlal Tələbaninin vəfatıyla əlaqədar İraqda 3 günlük matəm elan olunub


İraqın keçmiş prezidenti Cəlal Tələbaninin vəfatıyla əlaqədar ölkədə 3 günlük matəm elan olunub.

Metbuat.az-ın məlumatına görə, bununla əlaqədar dövlət bayraqları endiriləcək, bütün əyləncəli tədbirlər təxirə salınacaq.

Qeyd edək ki, 2012-ci ildə keçirdiyi kəskin insultdan sonra səhhəti pisləşən Tələbani dünən Berlində dünyasını dəyişib. Onun cənazəsi vətəninə oktyabrın 6-da gətiriləcək. 

Sübhan / METBUAT.az 


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR