Qəfil hava dəyişikliyi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər
Sağlamlıq
4 Oktyabr 2017 23:14

Qəfil hava dəyişikliyi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər


Son günlər havaların kəskin dəyişməsi uşaqlar arasında kəskin respirator- virus infeksiyalarının da artmasına səbəb olub.

Milli.Az bildirir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının uşaq nefroloqu, dosent Rauf Bəylərov deyir ki, qəflətən dəyişən havalarda ortaya çıxan belə xəstəliklərə diqqət yetirməyən valideynlər sonradan uşaqlarında daha ciddi problemlərin ortaya çıxması ilə üzləşə bilərlər.

Onun sözlərinə görə, vaxtında müalicə edilməyən hər hansı bir xəstəlik bir müddətdən sonra ağır fəsad kimi ortaya çıxır.

"Xüsusilə, son günlər uşaqlar arasında geniş yayılmış boğaz ağrısını vurğulamaq istərdim. Bu, onlarda kəskin respirator-virus infeksiyaları və ya angina fonunda üzə çıxır. Bu zaman uşaqlar uzun müddət boğaz ağrısından, hərarətin qalxmasından əziyyət çəkirlər. Belə uşaqlar zamanında həkimə aparılmazsa, patogenetik müalicə olunmazsa, onlarda ürək və böyrək problemləri ortaya çıxacaq. Ona görə də belə uşaqlar müayinə edilən zaman böyrəklə yanaşı, mütləq ürəyi də yoxlanılmalıdır. Əgər uşaqda kəskin revmatik qızdırma varsa, bir fəsad kimi glomerulo nefrit yarana bilər. Ona görə də müalicə zamanı bu iki xəstəlik mütləq nəzərə alınmalıdır".

Glomerulo nefrit xəstəliyinin əlamətlərinə gəlincə, nefroloq bildirib ki, bu zaman valideynlər mütləq uşaqlarda sidiyin rənginə diqqət yetirməlidirlər: "Xəstəlik zamanı uşaqlarda sidiyin rənginin tündləşməsi halları baş verir. Əksər hallarda bunu "ət suyuna" da bənzədirlər. Bu da "Hematuriya" adlanır, yəni sidikdə çoxlu miqdarda qırmızı qan hüceyrələri -eritrositlərin olmasıdır. Bu zaman hətta uşaqlarda üzündə, ətraflarında, qarın boşluğunda şişkinlik əmələ gəlir. Bəzən bir çox valdiyenlər bunu başa düşmür. Onlar bunu uşaqlarının kökəlməsi kimi qəbul edirlər. Ona görə də belə halı öz uşağında müşahidə edən hər bir valideyn ilk öncə onun sidiyinin rənginə fikir verməli və əgər bir dəyişkənlik varsa, təcili həkimə müraciət etməlidir".

R. Bəylərov qeyd edib ki, xəstəlik özünü uşaqlar arasında digər əlamətlərlə də biruzə verə bilər: "Onlarda yorğunluq, halsızlıq, baş ağrıları kimi hallar da müşahidə edilə bilər. Baş ağrısı isə ilk əlamətlərdən biri kimi ortaya çıxa bilər. Belə vəziyyət çox vaxt təzyiqin qalxması ilə müşayiət olunur. Bu zaman təzyiq mütləq ölçülməli və lazımi köməklik göstərilməlidir".

Nefroloq xüsusilə vurğulayıb ki, bu xəstəliyə düçar olan uşaqlar, 1 il ərzində müalicə olunmalı, 5 il isə həkim nəzarətində qalmalıdırlar: "Bu xəstəlik zamanı vaxtında həkimə müraciət olunarsa və düzgün diaqnoz qoyularsa, laborator və instrumental müayinələr aparılarsa, belə uşaqlar tam müalicə olunar və sağalma ehtimalları daha da artar. Əks halda valideyn bu əlamətlərə fikir vermirsə, müalicələrə dərhal başlamırsa, gələcəkdə övladının böyrək çatışmazlığı probleminin yaranmasına səbəb olacaqdır".

Xəstəliyin rast gəlindiyi yaş qrupundan da danışan, R. Bəylərov qeyd edib ki, bu, daha çox 7-15 yaş arası uşaqlar arasında geniş yayılıb: " Ona görə də bu yaşlarda qeyd edilən əlamətlərə daha ciddi yanaşmaq lazımdır. Çünki xəstəlik vaxtında müalicə olunmazsa, böyrək çatışmazlığı, qazanılan ürək qüsuru probleminə də gətirib çıxaracaq".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...