Sosial şəbəkələrdə saxta profil problemi yenidən gündəmdə - VİDEO
Ölkə
4 Oktyabr 2017 23:24

Sosial şəbəkələrdə saxta profil problemi yenidən gündəmdə - VİDEO


Sosial şəbəkələrdə başqalarının adına səhifələr açıb, öz məqsədləri üçün istifadə edirlər.

Milli.Az bildirir ki, son vaxtlar bu kimi hallara tez-tez rast gəlinir.

Elə Elçin Həsənov da bu problemlə qarşılaşanlardan biridir. Deyir ki, onun adına açılan səhifəyə problemin aradan qaldırılması üçün müraciət etsə də hələ bunun qarşısını ala bilməyib.

Başqasının adına səhifə açan şəxslər çox zaman sosial şəbəkələrdə bundan öz mənfi məqsədlərini həyata keçirmək üçün istifadə edir.

İnformasiya Texnologiyaları üzrə ekspert Osman Gündüz deyir ki, saxta profillərin açılması əvvəllər daha çox idi. İndi nisbətən azalsa da, istənilən halda kiminsə adından saxta profil açaraq paylaşım etmək qanunla qadağandır.

Hüquqşünaslar isə bildirirlər ki, informasiya ehtiyatlarından istifadə qaydalarının pozulması zamanı İnzibati Xətalar Məcəlləsinin 371-ci maddəsinə görə, fiziki şəxsləri 50-100, vəzifəli şəxsləri 500-800, hüquqi şəxsləri isə 1000-1500 manat məbləğində cərimə gözləyə bilər. Həmçinin saxta profil yaradan şəxslər şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasına görə min manatdan 2 min manata qədər cərimə oluna, 240 saatdan 480 saata qədər ictimai iş və 1 il islah işi ilə cəzalandırıla bilərlər. Bundan başqa zərər çəkmiş şəxs məhkəməyə müraciət edərək ona dəymiş maddi və mənəvi ziyan üçün təzminat tələb edə bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sosial şəbəkələrdə saxta profil problemi yenidən gündəmdə

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...