Uşaqlarda göz qırpma, çiyin atma, dırnaq yemə kimi vərdişlər niyə yaranır?
Sağlamlıq
4 Oktyabr 2017 23:24

Uşaqlarda göz qırpma, çiyin atma, dırnaq yemə kimi vərdişlər niyə yaranır?


"Azyaşlı, yeniyetmə və gənclərdəki müxtəlif fiziki vərdişlərin ilk səbəbləri mərkəzi sinir sistemi ilə bağlıdır".

Milli.Az bildirir ki. bunu Sherg.az-a bəzi insanlarda müşahidə olunan vərdişlərin səbəblərini izah edərkən fəlsəfə üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı deyib.

O bildirib ki, göz qırpma, ataksiyalar, çiyin atmaq və s. vərdişlər əsasən uşaq vaxtından, hansısa travmalardan qaynaqlanır: "Bəzən uzunmüddətli müalicələrin fəsadları kimi də belə vərdişlər ortaya çıxır. Ola bilər ki, sinir sistemindən kənarda yaranan, sadəcə şərti reflekslər olsun. İnsan bunlara adət etdikdə sanki ayrıla bilmir. Pis vərdişlər də eynilə bu cür olur.
Ən çox rast gəldiyimiz dırnaqların yeyilməsi uzun müddət davam edə bilir. Bu, həmin vərdişi olan şəxslərin özünə çox zərbə vurur. Dırnağın altında toplanan mikrobların çeynənməsi qurdların yaranmasına səbəb olur.

Vərdişlərin yaranması insan orqanizmində mineralların çatışmamasından da baş verir. Həmin vəziyyətlərin etik, estetik tərəfləri də narahatlıq yaradır.

Vərdişlərin müalicəyə tabe olub, sonradan bərpa edilənləri də olur, bərpa edilməyənləri də. Sinir sistemindən kənar olanlar birbaşa insanın özündən, psixoloji durumundan asılı olur. İnsana bunu izah etmək, bilgiləndirmək, daimi təbliğat etməklə bu adətdən çəkindirmək mümkün olur".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...