Torpaq sürüşməsi nəticəsində 70-ə yaxın ev qəzalı vəziyyətə düşüb - FOTO
Ölkə
4 Oktyabr 2017 23:54

Torpaq sürüşməsi nəticəsində 70-ə yaxın ev qəzalı vəziyyətə düşüb - FOTO


Torpaq sürüşməsi Ağsu rayonunun Dilman, Xatman və Hacman kəndlərinin sakinlərini çətin duruma salıb. Belə ki, son günlər intensiv yağan yağışlardan sonra ərazidə torpaq sürüşməsi yenidən aktivləşərək geniş ərazini əhatə edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, torpaq sürüşməsi nəticəsində bir neçə evdə irili-xırdalı çatlar əmələ gəlib. Ötən əsrin 50-ci illərində inşa edilmiş evlər qəzalı vəziyyətə düşdüyü üçün yaşayış üçün təhlükəli hesab edilir. Üç kənddə ümumilikdə 70-ə yaxın torpaq sürüşməsi səbəbindən ev qəzalı vəziyyətə düşdüyü üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Qeyd edək ki, intensiv yağan yağışların təsiri nəticəsində Dilman, Xatman və Hacman kəndlərini əhatə edən sürüşmə sahəsində mövcud torpaq çatlarının ölçülərində də genişlənmə qeydə alınıb. Hazırda sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunur, yeni sürüşmə sahələri əmələ gəlib. Bir neçə həyətyanı sahədə çökmə baş verib, meyvə bağı və əkin sahələri yararsız hala düşüb.

Milli.Az





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...