Prosineçki: "Son oyunda Rəşad Sadıqovun penalti vurmasına icazə vermərəm"
Digər
4 Oktyabr 2017 23:56

Prosineçki: "Son oyunda Rəşad Sadıqovun penalti vurmasına icazə vermərəm"


Bakı. 4 oktyabr. REPORT.AZ/ "Bizi seçmə mərhələdə çətin rəqiblə sonuncu ev oyunu gözləyir. Çexiya millisi son matçlarda uduzsa da, texniki baxımdan güclü kollektivdir. Lakin məqsədimiz yaxşı oyunla müsbət nəticə əldə etməkdir".
“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya yığmasına qarşı oyundan əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.
Xorvatiyalı mütəxəssis bildirib ki, rəqibi yaxşı analiz ediblər. O, Çexiya millisinin yetərincə güclü tərəfləri olduğuna diqqət çəkib.
Sabahkı oyunda 11 metrlik zərbə olsa, Rəşad Sadıqovun vurmasına şərait yaradacaqsınız?
- Üç ildir Azərbaycandayam. Rəşad həmişə millidə yer alıb, kapitan olub. Penaltiyə gəlincə, buna icazə vermərəm. Niyə? Çünki birdən vura bilməsə necə olacaq? (gülür)
Komandanızın dünya çempionatına vəsiqə qazanmaq şansını itirdiyini nəzərə alsaq, futbolçuları motivasiya çətin deyil ki?
- Motivasiyamız turnir cədvəlindəki vəziyyətimizdən asılı deyil. Hər zaman yüksək olmalıdır. Sonuncu ev oyunumuzdur. Azarkeşlərimiz önündə müsbət nəticə qazanmaq istəyirik.
Çexiya millisi barədə nə deyə bilərsiniz?
- Çexiyanın yaxşı heyəti var, Avropanın müxtəlif klublarında çıxış edirlər. Rəqib inkişafda olan komandadır. Bizi çətin oyun gözləyir. Lakin öz potensialımızı bilirik. Yaxşı nəticə qazanmağa çalışacağıq.
Rəşad Sadıqovun əvəzləyicisi qismində kimi görürsünüz?
- Futbolçu həyatı belədir, hər şeyin bir sonu var. Rəşad həmin anın yetişdiyini hiss edib. O, Azərbaycan futbolunun görkəmli simalarından biridir. Futbol həyatı davam edir. Onu kimin əvəzləyəcəyinə gəlincə, hazırda bu suala cavab verə bilmərəm. Fikrimi qarşıdakı oyuna yönəltmişəm.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR