Süd vəzilərinin vaxtından əvvəl böyüməsi sonsuzluğa səbəb ola bilər
Sağlamlıq
5 Oktyabr 2017 0:04

Süd vəzilərinin vaxtından əvvəl böyüməsi sonsuzluğa səbəb ola bilər


Qız uşaqlarınızda vaxtından əvvəl cinsi inkişafı, yəni süd vəzilərinin vaxtından əvvəl böyüməsini müşahidə etdikdə, həkimə müraciət etməniz mütləqdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin (ATU) uşaq xəstəlikləri kafedrasının müəllimi İlisur Novruzov son vaxtlar yayılmış və valideynləri narahat edən bu xəstəliklə bağlı universitetin mətbuat xidmətinə məlumat verib.

Pediatr deyib: "Uşağında bu kimi hallar müşahidə edən hər bir valideyn onu zamanında həkimə aparmalıdır. Belə ki, bu xəstəlik hipotalamo-hipofizar-qonad sisteminin erkən aktivləşməsi nəticəsində yaranır. Halbuki, normalda bu proses yeniyetmə dövrə təsadüf etməlidir. Xəstəlik müalicə olunmadığı halda problemlərə yol aça bilər. Bu zaman menarxenin erkən başlaması, boyun geri qalması, yumurtalıqların polikistoz xəstəliyi, sonsuzluq, psixi pozulmalar, depressiya, intihar halları kimi problemləri ortaya çıxara bilər. Xəstəlik zamanı pasiyentə müvafiq müalicə təyin edilməlidir. Xəstəyə müvafiq müalicə təyin edilərək süd vəzilərinin inkişafı dayandırılarsa, bu, müalicənin gedişatında ölçüləri tam yaşına uyğun vəziyyətə gətirməyə imkan verər. Bu səbəbdən uşaqlarda vaxtından əvvəl cinsi inkişaf-izoləolunmuş telarxe, yəni süd vəzilərinin vaxtından əvvəl böyüməsi müşahidə edildikdə həkim-endokrinoloqa müraciət etmək lazımdır".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...