"Bu, mənim üçün şansdır"
İdman
5 Oktyabr 2017 0:04

"Bu, mənim üçün şansdır"


"Çelsi"nin hücumçusu Mişi Batşuayi komanda yoldaşı Alvaro Moratanın sıradan çıxmasının onun üçün şans olduğunu deyib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, belçikalı forvard bu barədə "Sky Sport"a açıqlamasında danışıb:

"Bəlkə də, bu bir qədər qəribə səslənəcək, ancaq bir nəfərin uğursuzluğu başqasının uğur qazanmasına səbəb ola bilir. Artıq oynamaq üçün daha çox şansım olacaq ki, bu fürsətdən istifadə edib, özümü göstərməyə çalışacam. Kontenin mənə inandığını bilirəm. Bu, mənim üçün şansdır. Əgər mənə şans verilsə, komandama əlimdən gələn köməyi etməyə hazıram. Mənə artıq əsas heyətdə şans verilib və özümü yaxşı tərəfdən göstərmişəm. Mən effektli hücumçuyam, ancaq "joker" deyiləm".

Morata bu yaxınlarda 6-8 həftəlik sıradan çıxıb.

"Çelsi" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibidi. Xatırladaq ki, Batşuayi Ağdam təmsilçisi ilə Londonda baş tutmuş oyunda start heyətində yer almış və komandasının 6:0 hesablı qələbəsinə bir qolla töhfə vermişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...