Mingəçevirdə “VAZ” traktorla toqquşdu - ölən var
Digər
5 Oktyabr 2017 0:05

Mingəçevirdə “VAZ” traktorla toqquşdu - ölən var


Mingəçevir-Aran avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə oktyabrın 4-də axşam saatlarında qeydə alınıb.

 

"VAZ-21012" markalı minik avtomobili qarşı tərəfdən gələn traktorla toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan sərnişin, Yevlax rayonu Salahlı kənd sakini 1979-cu il təvəllüdlü Məmmədova Flora Zakir qızı aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Qadının iki azyaşlı övladı və qardaşı olan sürücü yüngül bədən xəsarətləri alıb. Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.

   

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR