Fransalı diplomat: "Dağlıq Qarabağ münaqişəsində tatus-kvo qəbuledilməzdir və biz mütləq siyasi nizamlanmaya nail olmalıyıq"
Ölkə
5 Oktyabr 2017 0:57

Fransalı diplomat: "Dağlıq Qarabağ münaqişəsində tatus-kvo qəbuledilməzdir və biz mütləq siyasi nizamlanmaya nail olmalıyıq"


Bakı. Trend:

"Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir və biz mütləq siyasi nizamlanmaya nail olmalıyıq".

Trend-in məlumatına görə, bunu Bakıda Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Fransadan olan səfiri Nokalas Suran Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

O qeyd edib: “Cənab Prezident, icazə versəydiniz, mən qısa olaraq üç məsələni qeyd etmək istərdim. Birincisi, Dağlıq Qarabağla bağlıdır. Bildiyiniz kimi, sentyabrın əvvəlində burada olmuş xarici məsələlər üzrə dövlət katibi tərəfindən bəyan edilmişdir ki, danışıqların indiki durumu və təmas xəttində baş verən silahlı toqquşmalar bizi çox narahat edir. Biz də Siz düşündüyünüz kimi, hesab edirik ki, status-kvo qəbuledilməzdir və biz mütləq siyasi nizamlanmaya nail olmalıyıq. Məqsədimiz çox aydındır: beynəlxalq hüququn prinsiplərinə, xüsusən də hamımız üçün sarsılmaz olan Helsinki Yekun Aktına uyğun şəkildə məsələnin həllinə nail olmaq. Yəni, bildiyimiz kimi, güclə təhdid etməmək və ya ondan istifadə etməmək, dövlətlərin tam ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək həmin Aktın prinsipləridir. Bu baxımdan, tərəflər arasında ən yaxşı həll variantının tapılmasında qərəzsiz olmaqda Minsk qrupunun həmsədri kimi bizə arxalana bilərsiniz.

Bilirik ki, BMT-nin Baş Assambleyasının sessiyası zamanı xarici işlər nazirləri sentyabrın 23-də görüş keçirdilər. Gördük ki, Minsk qrupu həmsədrlərinin bəyanatında qeyd olunub ki, bu ilin sonuna qədər görüşün keçirilməsi mümkündür. Bildiyiniz kimi, Prezident Makron şəxsən bəyan etdi ki, biz sizə məsələnin həllinin tapılmasında kömək etməyə hazırıq. Sədrimiz Avropa İttifaqının tam siyasi dəstəyini vurğuladı. Fikrimcə, həmsədrlərin irəli sürdüyü təşəbbüslər üzərində işin aparılması çox vacibdir. Bu baxımdan, biz güclü siyasi dialoq apardığınız Avropa İttifaqı ilə tam yekdilik. Bir daha bizim üçün ən vacib olan odur ki, danışıqlar tezliklə bərpa olunsun, çünki bu, çox vacibdir və yekun nəticədə, bölgədə və əlbəttə, onun xalqları üçün sabitlik və təhlükəsizliyi təmin edə bilər”.

Səfir Dağlıq Qarabağla bağlı bir məsələni də qeyd edib: “Çünki bunu kifayət qədər vacib hesab edirəm. Hazırda biz Şərq Tərəfdaşlığı Sammitinin yekun bəyannaməsinin razılaşdırılması mərhələsindəyik. Əlbəttə, biz regionda münaqişələr barədə müddəanı kənarda qoymayacağıq. Bu, çox vacibdir. Hesab edirik ki, bəyannamə mümkün qədər bitərəf olmalıdır və beləliklə, bütün tərəflərin maraqlarına cavab verən güzəştlər əsasında sənəd tərtib ediləcək. Bu, olduqca vacib məsələdir. Çox qısa olaraq, iki digər məqamı da qeyd edim. Birincisi, Sizi əmin etmək istərdik ki, bu məsələ Azərbaycan və Avropa İttifaqının bütün üzv dövlətləri üçün qarşılıqlı maraq doğurur. Söhbət enerji sektorundan, xüsusən də Cənub Qaz Dəhlizinə verdiyimiz dəstəkdən gedir. Bilirik ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, o cümlədən Azərbaycanın hakimiyyət orqanları bu işdə çox mühüm rol oynayır. Avropa İnvestisiya Bankından ayrılan kreditlərə, eləcə də Avropa İttifaqında enerji mənbələrinin və təchizatın şaxələndirilməsində açılan imkanlara gəldikdə, Siz bizə arxalana bilərsiniz.

Nəhayət, sonuncu məqamı bildirim. Siz də bunu çox düzgün olaraq qeyd etdiniz. Söhbət Azərbaycanın multikulturalizm sahəsindəki fəaliyyətindən gedir. Azərbaycan və Avropa İttifaqının üzləşdiyi ümumi çağırışla, yəni, terrorçuluğa qarşı mübarizə ilə bağlı fikirlərinizi öyrənmək mənim üçün maraqlı olardı. Biz terrorçuluğun mövcud olduğu regiondayıq. Cənubda Suriya, İraq hadisələri baş verir. Bilirik ki, bizim, o cümlədən Sizin bəzi vətəndaşlarınız xaricdə döyüş əməliyyatlarına qoşulur. Bu barədə bir az fikirlərinizi öyrənmək, problem haqqında, edə biləcəyimiz əməkdaşlıq barədə nə düşündüyünüzü bilmək bizim üçün maraqlı olardı”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...