Astarada ən böyük çay daşdı - 50 ailə təxliyə edildi
Digər
5 Oktyabr 2017 1:42

Astarada ən böyük çay daşdı - 50 ailə təxliyə edildi


Astara rayonunda Astara çayının daşması nəticəsində 100-dən artıq ev su altında qalıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Suparibağ icra nümayəndəliyinə daxil olan Rüdəkənar, Məcidməhəllə və Qapıçıməhəllə kəndlərini su basıb.

 

Suparibağ icra nümayəndəsi Vahab Vahabovun verdiyi məlumata görə, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışır. 50 ailə qayıqlar vasitəsi ilə təxliyə edilib.

 

Qeyd edək ki, bundan əvvəl Lənkəran rayonunun Molla kəndində sel suları  yaşayış evini dağıdıb. Xoşbəxtlikdən evdə heç kim olmayıb. Əşlə kəndi ərazisində isə güclü sel avtomobil körpüsünü yuyub aparıb, kənd ilə rayon arasında əlaqə kəsilib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...