“SOCAR Petroleum” sürücülər üçün yeni kampaniyaya başlayıb
İqtisadiyyat
6 Oktyabr 2017 10:36

“SOCAR Petroleum” sürücülər üçün yeni kampaniyaya başlayıb


Bakı. 6 oktyabr. REPORT.AZ/ “SOCAR Petroleum” QSC "ASAN Radio" ilə birgə sürücülər üçün yeni kampaniyaya başlayıb.
“SOCAR Petroleum”dan “Report”a verilən məlumata görə, kampaniya bir il müddətində davam edəcək.
Belə ki, həftə içi üç gün hər dəfə günün fərqli saatlarında "ASAN Radio"nun efirində “Taksi vaxtı” verilişi yayımlanacaq. Hər müsabiqədə radionun aparıcısı tərəfindən elan olunan "ASAN Xidmət"ə birinci yaxınlaşan sürücü qalib hesab olunur və 30 manat dəyərində kuponu əldə edir. 
Bakıda 5 "ASAN Xidmət", Sumqayıtda 1 "ASAN Xidmət" mərkəzi var. Kuponu əldə edən qalib “SOCAR Petroleum” QSC-yə məxsus bütün yanacaqdoldurma məntəqələrinə yaxınlaşaraq 30 manat dəyərində istənilən növ yanacaq əldə edəcək. 
“Bundan sonra da Şirkət müxtəlif növ kampaniyalar keçirərək müştəriləri sevindirəcək”, - deyə “SOCAR Petroleum”dan bildirilib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...