Sonsuzluğun ən qədim çarəsi ÜZƏ ÇIXDI
Digər
7 Oktyabr 2017 11:53

Sonsuzluğun ən qədim çarəsi ÜZƏ ÇIXDI


Qədim əyyamlarda Vera adlı bir qadın vardı. 10 ildən çox ailəli olan Vera bütün üsullara əl atsa da övlad sahibi ola bilmirdi. Günlərin bir günü bütün uğursuz maüyinələrdən, tibbi üsullardan təngə gələn Vera və əri övladlığa uşaq götürmək qərarına gəlirlər. Uşaq evlərini bir-bir gəzib, övlad axtarışına çıxırlar. Ucqar kəndlərin birində valideynləri tərəfindən atılmış çəlimsiz körpə qız görüb, onu evlərinə aparmaq qərarına gəlirlər. Veraya digər sağlam uşaqlardan birini götürmək tövsiyə olunsa da, o qərarını dəyişmir. Balaca zəif qızcığazı övladlığa götürüb, evinə aparır. Körpə evə qədəm qoyandan bir neçə ay sonra Vera hamilə olduğunu öyrənir.

Publika.az xəbər verir ki, eyni hal Natali adlı digər bir qadının da başına gəlir. Uzun illər övladsızlıqdan əziyyət çəkən Natali və həyat yoldaşı ayrılıq ərəfəsində idilər. Natali gün-gündən gül kimi solur, əsəbləri tarıma çəkilirdi. Özündən 10 yaş kiçik bacısı sevgilisindən hamilə qalır. Gənc cütlük hələ bu böyük məsuliyyətə hazır deyildilər. Odur ki, körpədən can qurtarmaq üçün planlar qururdular. Natali bacısının sevimədiyi övladına sahib çıxıb, onu dünyaya gətirməsini tələb edir. Məhkəməyə müraciət edib uşağı öz himayəsinə alır. Bu hadisədən bir müddət sonra Natali hamilə olduğunu öyrənir. Hər iki oğlunu özü böyüdür.

Bu əsrarəngiz hadisələr yer üzündə olduqca çoxdur.

Hətta qədim slavyanlar sonsuz ailələrin "düyününü açmaq" üçün onlara kimsəsiz körpə verirdilər. Slavyanlar hesab edirdilər ki, bu lənəti dəf etməyin yeganə yolu budur. Sonsuz ailələr də elmi məntiqi hələ də tapılmayan bu üsula ürəkdən inanırdılar.

Elm, fərziyyələri bir kənara qoyub, qəlbimizin səsinə qulaq versək çarəsiz atılmış bir körpəyə ana sevgisi, ata qayğısı bəxş etməyin necə böyük insanlıq olduğunun fərqinə vararıq. Çünki nə qədər çağdaş elm və texnika dövründə yaşasaq qa, hətta tibb belə insan hisslərinin qarşısında acızdır.

Sağlam olun!

Leyla Sarabi

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09