​Azərbaycanda buzlaşma gözlənilir
Digər
10 Oktyabr 2017 10:52

​Azərbaycanda buzlaşma gözlənilir


Azərbaycanda 2030-cu ildə buzlaşmanın olacağı ilə bağlı mediada yayılan xəbərlərə aydınlıq gətirilib.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Metbuat.az-a açıqlamasında bildirib ki, buzlaşma dağlarda olacaq:

“Buzlaşma Böyük Qafqaz, Kiçik Qafqaz dağlarında və Lənkəranda olacaq. Digər ərazilərdə isə qarın miqdarı çox olacaq. Ola bilər ki, göllər də donsun”.

Telman Zeynalov əlavə etdi ki, buzlaşma dövründə paytaxtda 15-20 dərəcə şaxta olacaq. Xəzər dənizinin şimal hissəsi donacaq. Buzlaşma Bakıya qədər gəlməyəcək.

Qeyd edək ki, bu gün axşam saatlarından başlayaraq, oktyabrın 14-dək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəyalə Məmmədova / METBUAT.AZ

Dəhşətli soyuqlar gəlir, qış çox sərt olacaq - Buz bağlayacağıq... – OXUMAQ ÜÇÜN TIKLAYIN!

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 oktyabr

Astroloji proqnoz - 19 oktyabr

19 Oktyabr 2017 00:13
Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...