Türkiyə tarixinin ən bahalı transferi bu komandaya gələcək
İdman
11 Oktyabr 2017 2:38

Türkiyə tarixinin ən bahalı transferi bu komandaya gələcək


Türkiyənin "Beşiktaş" futbol klubu "Benfika"dan icarəyə götürdüyü Anderson Taliskanın transfer hüququnu almaq niyyətinə düşüb.

Publika.az xəbər verir ki, klub artıq portuqaliyalılara rəsmi müraciət ünvanlayıb.

"Beşiktaş" hücumameyilli mərkəz yarımmüdafiəçisi üçün "Benfika"ya 18 milyon avro ödəməyə hazır olduğunu bildirib.

A.Taliskanın transferi baş tutsa, bu, Türkiyənin futbol tarixində ilk ən bahalı transfer olacaq.

Çünki "Beşiktaş" Talişkanın müqaviləsinə sərbəst qalma maddəsi salacaq. Həmin bəndə əsasən, onu heyətinə qatmaq istəyən klub futbolçu üçün 260 milyon lirə (60 milyon avro) ödəməli olacaq.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 21 oktyabr

Astroloji proqnoz - 21 oktyabr

21 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...