Messi Argentinanı XİLAS ETDİ
İdman
11 Oktyabr 2017 8:33

Messi Argentinanı XİLAS ETDİ


Cənubi Amerika zonasında DÇ-2018-in seçmə mərhələsinin son turunun oyunları keçirilib.

Publika.az xəbər verir ki, Argentina yığması səfərdə Ekvadora 3:1 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində Argentina DÇ-yə birbaşa vəsiqə qazanıb. Argentinanın hər üç qolunu Lionel Messi vurub.

Səfərdə Braziliyaya 0:3 hesabı ilə məğlub olan Çili isə DÇ-dən kənarda qalıb. Elə öz meydanında gözlənilmədən Venesuelaya 0:1 hesabı ilə məğlub olan Paraqvay da Rusiyaya getmək şansını itirib.

Peru-Kolumbiya görüşü 1:1 hesabı ilə yekunlaşıb. Kolumbiya DÇ-yə vəsiqə qazanıb. Peru isə pley-off qarşılaşmasında qüvvəsini sınayacaq. Boliviyaya 4:2 hesabı ilə qalib gələn Uruqvay da Rusiyaya bilet sifariş verib.

Braziliya yığması isə daha əvvəl DÇ-yə vəsiqəni təmin etmişdi.

Yekun turnir cədvəli: 1. Braziliya — 41 xal; 2. Uruqvay — 31; 3. Argentina — 28; 4. Kolumbiya — 27; 5. Peru — 26; 6. Çili — 26; 7. Paraqvay — 24; 8. Ekvador — 20; 9. Boliviya — 14; 10. Venesuela — 12.

DÇ-2018. Cənubi Amerika, 18-ci tur

Ekvador – Argentina 1:3

1:0 – İbarra – 1, 1:1 – Messi – 12, 1:2 – Messi – 20, 1:3 – Messi – 62

Braziliya – Çili 3:0

1:0 – Paulinyo – 55, 2:0 – Jezus – 57, 3:0 – Jezus – 90+3

Uruqvay – Boliviya 4:2

0:1 – Silva – 24 (avtoqol), 1:1 – Kaseres – 39, 2:1 – Kavani – 42, 3:1 – Suares – 60, 4:1 – Suares – 76, 4:2 – Qodin – 79 (avtoqol)

Peru – Kolumbiya 1:1

0:1 – Rodriqes – 56, 1:1 – Qerrero – 76

Paraqvay – Venesuela 0:1

0:1 – Errera – 84

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 21 oktyabr

Astroloji proqnoz - 21 oktyabr

21 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...