2017-ci ilin ən yaxşı smartfonları  - SİYAHI
Texnologiya
12 Oktyabr 2017 7:24

2017-ci ilin ən yaxşı smartfonları - SİYAHI


"TechRadar" tərəfindən təşkil edilmiş "Mobile Choice Consumer Awards 2017" illik mərasimində 2017-ci il üzrə mobil bazarla bağlı ən yaxşı smartfon, servis və məhsulların adı açıqlanıb. "Samsung" şirkəti iki ən nüfuzlu mükafata layiq görülüb. Cənubi Koreya şirkəti ən yaxşı istehsalçı, "Galaxy S8" isə 2017-ci ilin ən yaxşı smartfonu adına layiq görülüb.

Milli.Az ICTnews-a istinadən bildirir ki,  "Honor" brendi gözlənilmədən "One to Watch" kateqoriyasında mükafata, "Honor 9" isə orta sinif üzrə ən yaxşı smartfon adına layiq görülüblər. Münsiflər heyəti "Moto E4" qurğusunu ən yaxşı ucuz smartfon adlandırıb. Sözügedən smartfon bu nominasiyada "Honor 5C", "Nokia 3310", "Samsung Galaxy J3", "Sony Xperia XA" və "Vodafone Smart N8" qurğularını geridə qoyub.

"Apple Watch 2" ən yaxşı smart saat adına layiq görülüb, fitnes üçün daşınan qurğular kateqoriyasında isə "Fitbit Charge 2" qurğusu, "Google Home" internetə qoşulmuş cihazlar kateqoriyasında qalib olublar. "Amazon" isə ən yaxşı onlayn mağaza elan edilib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 21 oktyabr

Astroloji proqnoz - 21 oktyabr

21 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...