BlackBerry Motion smartfonu təqdim olundu
Texnologiya
12 Oktyabr 2017 8:44

BlackBerry Motion smartfonu təqdim olundu


"BlackBerry" brendli mobil qurğuların istehsalı üçün hüquqlara sahib "TCL" şirkəti "BlackBerry Motion" smartfonunu rəsmən təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, əvvəlki modellərdən fərqli olaraq yeni qurğu fiziki klaviatura ilə təchiz edilməsə də, bütün üst tərəfi əhatə edən 5,5 düym diaqonallı "Full HD" ekrana malikdir. Bundan başqa, smartfon enerji toplamadan 32 saatadək işi təmin edən 4 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub.

Məlumata görə, qurğu "Qualcomm Snapdragon 625" prosessor, 4 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşla komplektləşdirilib. Bundan əlavə, 12 meqapikselli əsas kamera və 8 meqapikselli ön sensorla təchiz edilən yeni modelin korpusu "IP67" standartı üzrə su və toz keçirməzdir.

Bildirilir ki, "BlackBerry Motion" modeli "BlackBerry KEYOne" smartfonu kimi "Android 7.1 Nougat" əməliyyat sisteminin fərdi məlumatların təhlükəsizliyinin təmini üçün bir sıra funksiyalara malik optimallaşdırılmış versiyasının idarəetməsi ilə işləyir. Məsələn, istifadəçilər PİN-kod və ya barmaq izi vasitəsilə ayrı-ayrı qovluqları və faylları mühafizə edə biləcəklər.

Şirkət nümayəndələrinin sözlərinə görə, ilkin mərhələdə smartfon yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində satışa çıxarılacaq. Qiyməti 465 dollar təşkil edəcək qurğunun satışa çıxarılma müddəti barədə məlumat verilmir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...