Windows 10 Phone-un uğursuzluğu etiraf edildi
Texnologiya
12 Oktyabr 2017 8:54

Windows 10 Phone-un uğursuzluğu etiraf edildi


"Microsoft" şirkətinin icraçı direktoru Co Belfior deyib ki, şirkət "Windows 10 Mobile" üçün yeni qurğu və yeniləmələr yaratmayacaq. O, bu haqda "Twitter"də yazıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "əlbəttə, biz platformanı dəstəkləməyə davam edəcəyik... Boşluqları aradan qaldıracaq və təhlükəsizlik yeniləmələri çıxaracağıq - Belfior deyib. - Amma yeni funksiya və qurğuların buraxılışı planlaşdırılmır".

O, həmçinin bildirib ki, proqram nəhəngi mobil proqram tərtibatçılarını cəlb etməyə çalışıb. Ancaq istifadəçilərin mobil sistemə zəif marağı bir çox şirkətləri platformaya sərmayə qoymaqdan çəkindirib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09