"Kənan" ərindən boşanan qadını internetdə aldatdı - Pulunu, telefonunu aldı - FOTO
Dünya
12 Oktyabr 2017 18:14

"Kənan" ərindən boşanan qadını internetdə aldatdı - Pulunu, telefonunu aldı - FOTO


Türkiyənin Bursa şəhərində bir bankda çalışan 39 yaşlı Şule N. internetdə tanış olduğu özünü Kənan Çələbi kimi təqdim edən saxta mayor tərəfindən aldadılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Şule N. həm pulunu, həm də işini itirərkən fırıldaqçı olduğu məlum olan Fatih Ö. saxlanılaraq həbs edilib.

TƏFƏRRÜAT

22 ildir Bursada bir bankda çalışan Şule N. 6 il öncə ərindən boşanıb. Bir uşaq anası olan Şule N. keçən ilin dekabr ayında internetdə "söz oyunu" oynayarkən adının Kənan Çələbi olduğunu və Uludərədə mayor işlədiyini deyən bir kişi ilə tanış olub. İnternet vasitəsi ilə mayor geyimində şəklini də göndərən şübhəliylə mobil telefonu vasitəsi ilə zəngləşən Şule N. ona aşiq olub.

Bir müddət sonra da Şule N.-nin ifadəsinə görə, evlilik planları qurmağa başlayıblar. Şule N.-nin güvənini qazanan saxta mayor bir dəfə qadına atışmada olduğunu, buna görə mobil telefonunun danışıq borcunu ödəyə bilmədiyini, telefonu bağlanarsa, zəngləşmənin də mümkün olamayacağını deyib. Bundan sora Şule N. 5 ay boyunca "mayor"un danışıq haqqını ödəyib. Həmin adama bir mobil telefon və müxtəlif vaxtlarda "əmisi oğluyam" deyən şəxsdən pul göndərən Şule N. bir zəng zamanı "Səni işlədiyin bankdakı inasanlara qısqanıram. İşləməyini istəmirəm" deyən saxta mayora sevgisini təsdiqləmək üçün işindən də imtina edib.

Ancaq son günlərdə görüşlərinin azalmasından sonra şübhəlinin mobil nömrəsini araşdıran gənc qadın nömrənin "Mayorun əmisi oğluyam" deyib ondan pullar alanın Fatih Ö.-yə aid olduğunu üzə çıxarıb. Şule N.-nin şikayəti sonrası saxlanılan Fatih Ö. pulu zorla almadığını söyləyib. 

Məhəmməd Vaqif
Milli.Az






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...