Gənc Tamaşaçılar Teatrında həftəsonu 6 tamaşa olacaq
Digər
12 Oktyabr 2017 19:24

Gənc Tamaşaçılar Teatrında həftəsonu 6 tamaşa olacaq


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftə sonu öz tamaşaçıları və şəhərimizin qonaqları üçün maraqlı repertuar tərtib etmişdir. Kollektiv oktyabrın 13-də, saat 15:00-da ölməz M.F.Axundzadənin "Hekayəti-Xırs quldurbasan" komediyasını, axşam saat 19:00-da teatrın kiçik səhnəsində istedadlı yazıçı-dramaturq T.Vəliyevanın "Cəza" adlı təkadamlıq psixoloji oyun dramını nümayiş etdirəcəkdir.

Milli.Az xəbər verir ki, daha sonrakı günlərdə, oktyabrın 14-də saat 1900-da K.Qaldoninin "Mehmanxana sahibəsi", oktyabrın 15-də saat 19:00-da isə U.Şekspirin "III Riçard" tamaşaları təqdim ediləcəkdir.

Hər zaman olduğu kimi teatr kiçik yaşlı tamaşaçıları da sevindirməkdə davam edir. 14-15 oktyabr tarixlərində gündüz saat 14:00-da balacalar "Ələddinin sehrli çırağı" və A.Lindqrinin "Uzuncorab Pippi" tamaşalarını seyr edəcəklər.

Tamaşalarda teatrın istedadlı aktyorları, əməkdar artistlər Kəmalə Hüseynova, Nəsibə Eldarova, Leyli Vəliyeva, Vahid Əliyev, Elşən Rüstəmov, Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Nicat Kazımov, aktyorlar Küşvər Şərifova, Şəfəq Əliyeva,  Günel Məmmədova, Təhminə Məmmədova, Zümrüd Quliyeva, İlqarə Tosova, Xalidə Əliməmmədova, Anar Seyfullayev, Müşfiq Əliyev, Eyvaz İbrahimov, Elşən Çarhanlı, Elnur Kərimov, Elşən Hacıbabayev və b. ifa edəcəklər.

Gündüz tamaşaları  5 AZN, axşam isə 8 AZN olmaqla biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından (tiket.az-a daxil olmaqla onlayn vasitəsi ilə də sifariş edə bilərsiziniz)  və Asan Xidmət filiallarından əldə etmək mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...