Sərbəst güləşçilərimiz "Qitələrarası Kubok"da yarışacaqlar
İdman
12 Oktyabr 2017 19:24

Sərbəst güləşçilərimiz "Qitələrarası Kubok"da yarışacaqlar


Oktyabrın 14-15-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 9-cu "Qitələrarası Kubok" beynəlxalq turniri keçiriləcək.

Milli.Az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Polşa, Rumıniya, Peru, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna və Belarus idmançılarının iştirakı gözlənilir.

Yığma komandanın məşqçiləri Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında Xasavyurtda Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə, Qalib Əliyev (hər ikisi 61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov, Murtuzəli Müslümov, Qitinomaqomed Hacıyev (hamısı 70 kq), Aleksandr Qostiyev, Hacımurad Məhəmmədsəidov (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mübarizə aparacaqlar.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Vaqif Zeynallı, Asif Şirəliyev və Sədi Quliyev təmsil edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08