Məleykə Abbaszadə Şəmkirdə vətəndaşları qəbul edəcək
Ölkə
12 Oktyabr 2017 19:36

Məleykə Abbaszadə Şəmkirdə vətəndaşları qəbul edəcək


Bakı. 12 oktyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəmkir rayonunda vətəndaşları qəbul edəcək.
DİM-dən "Report"a verilən xəbərə görə, qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul oktyabrın 20-də saat 13.00-da Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyənlərdən DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (#eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Gəncə regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: (0222) 56-50-67) xahiş olunur.
Bundan əlavə, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının təhsil şöbələrində oktyabrın 13-dən 19-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan- 17.00-dək qeydiyyat aparılacaq.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09