Bakı-Şamaxı yolunda DƏHŞƏTLİ QƏZA - İki "Mercedes" toqquşdu, 7 nəfər... - FOTOLAR
Ölkə
12 Oktyabr 2017 19:53

Bakı-Şamaxı yolunda DƏHŞƏTLİ QƏZA - İki "Mercedes" toqquşdu, 7 nəfər... - FOTOLAR


Bakı-Şamaxı yolunda 7 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində yolun 78-ci kilometrliyində, Qobustan rayonunun Ceyrankeçməz adlı ərazidə qeydə alınıb. İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində Ağsu və İsmayıllı rayon sakinləri olan 7 nəfər ağır xəsarət alıb.

Məlumata görə, 1983-cü il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlu, 1978-ci il təvəllüdlü Sadıqova İradə Allahverdi qızı, 1986-cı il təvəllüdlü Günəşov Nicat Hacıbala oğlu, 1991-ci il təvəllüdlü Qurbanzadə Fuad Bəhram oğlu, 1982-ci il təvəllüdlü İbrahimov Rabil Əbülfət oğlu, 1990-cı il təvəllüdlü Niftalıyev Vüqar Arif oğlu təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə səbəbindən yolda nəqliyyat sıxlığı yaranıb və avtomobillərin hərəkəti təxminən 20 dəqiqə məhdudlaşıb. Yol polisi əməkdaşları hadisə yerinə gəldikdən sonra nəqliyyatın hərəkəti təmin olunub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (apa)





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09