49 yaşlı veteran yenidən futbola qayıtdı
İdman
12 Oktyabr 2017 19:54

49 yaşlı veteran yenidən futbola qayıtdı


İngiltərə milli komandasının və "Arsenal" klubunun sabiq yarımmüdafiəçisi Pol Merson 49 yaşında futbolçu karyerasını bərpa etməyi qərara alıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Merson Uels çempionatının IV Divizionunda çıxış edən "Kerau" ilə müqavilə imzalayıb. Onun yeni komandasında ilk matçını oktyabrın 18-də keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Pol Merson karyerası ərzində "Arsenal"la Kuboklar Kuboku, İngiltərə Kuboku, Liqa Kuboku qazanıb. O, İngiltərə yığmasının heyətində 1998-ci il dünya çempionatına qatılıb. 2006-cı ildə karyerasını başa vurmuş Mersonun son klubu İngiltərə V Divizionunda çıxış edən "Tamuort" olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09