Misirdə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb
Dünya
12 Oktyabr 2017 20:02

Misirdə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb


Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Fərmanı ilə ölkədə fövqəladə vəziyyət rejimi daha 3 ay müddətinə uzadılıb.

Metbuat.az-ın məlumatına görə, fərman oktyabrın 13-dən qüvvədə olacaq.

Misirin İsgəndəriyyə və Tanta şəhərlərinin xristian-qibti kilsələrində baş verən iki terror aktından sonra bu ilin aprelin 10-dan 3 aylıq müddətə ölkədə fövqəladə vəziyyət rejimi elan olunub. İyul ayında daha 3 ay uzadılan fövqəladə vəziyyət rejiminin müddəti 2017-ci ilin oktyabrın 10-da bitib.

Nəşrin məlumatına görə Fərmanda qeyd olunur ki, bu tədbir təhlükəsizliyin təmin edilməsi və terrorçuluğa qarşı mübarizə məqsədi daşıyır.

Xatırladaq ki, İsgəndəriyyə və Tanta şəhərlərindəki xristian-qibti kilsələrində baş verən partlayış nəticəsində 43 nəfər həlak olub, 100-dən artıq insan xəsarət alıb

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...