Dörd mərhələli PLAN, ABŞ-ın Türkiyəyə qarşı OYUNU... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Digər
12 Oktyabr 2017 20:03

Dörd mərhələli PLAN, ABŞ-ın Türkiyəyə qarşı OYUNU... – GÜNÜN SİYASİ XÜLASƏSİ


Türkiyə prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub. Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli görüşün tarixi açıqlanıb. Rusiya Ermənistana müasir silahlar və hərbi texnikanın alınması məqsədi ilə 100 milyon dollarlıq yeni kredit verəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a sərt mesajlar verib. Türkiyənin İraq və Suriyanın şimalında “terror dəhlizi” oyununa qarşı tətbiq edəcəyi uzunmüddətli hərbi planının detalları ortaya çıxıb. ABŞ Baltikyanı ölkələrlə Rusiya sərhədinə 2 zirehli tank briqadası yerləşdirib. Moskva ABŞ-ı cavab addımları ilə hədələyib.

"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın 30-da Bakıya gələcək". Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında yüksək səviyyəli görüş keçiriləcək.

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaniarasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti bildirib ki, görüş bu il noyabrın 1-də Tehranda baş tutacaq. M. Nəcəfi bildirib ki, görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək. Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur.

“Azərbaycan və Ermənistan arasında güc balansının saxlanılması vacibdir”. Bu barədə İrəvanda səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib.

Onun sözlərinə görə, bu balans gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına imkan verəcək.

Sidorov bildirib ki, KTMT-yə üzv olan ölkələr başqa ölkələrlə hərbi əməkdaşlığı inkişaf etdirirlər, o cümlədən, Ermənistanın əsas rəqibi Azərbaycanla.

Rusiyalı general İrəvanda Azərbaycanla bağlı erməniləri NECƏ MƏYUS ETDİ?

Rusiya Ermənistana müasir silahlar və hərbi texnikanın alınması məqsədi ilə 100 milyon dollarlıq yeni kredit verəcək. Razılaşmaya uyğun olaraq, kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Kredit razılaşmasına əsasən, Ermənistan Müdafiə Nazirliyi və Rusiyanın “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyəti arasında ayrı müqavilələr bağlanacaq, silahların və hərbi texnikanın çatdırılmasının müddətləri uyğunlaşdırılacaq.

Xatırladaq ki, 2015-ci ildə Moskva Ermənistana silahların və hərbi texnikanın alınması üçün 10 illik müddətə 200 milyon dollar kredit verib.

Ermənistan hökuməti bugünkü iclasında Rusiyanın İrəvana 100 milyon dollar həcmində hərbi krediti verməsi layihəsini təsdiq edib.

Ankara və Vaşinqton viza böhranının həll edilməsi üçün birlikdə çalışacaq. Bu haqda Türkiyə Baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ bildirib.

Onun sözlərinə görə, iki ölkənin nümayəndə heyətləri qarşıdakı günlərdə görüşərək mövzunu müzakirə edəcəklər.

Qeyd edək ki, Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsi prosesi tam dayanıb.

Tərəflər arasında diplomatik qalmaqal ötən həftə Türkiyədə ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra baş verib. Rəsmi Ankara onu ötən il Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənlə əlaqədə şübhəli bilir. Lakin rəsmi Vaşinqton ittihamları qəbul etməyib.

"ABŞ Türkiyəni mühasirəyə almaq və şir kimi əhliləşdirmək istəyir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada valilər qarşısında çıxışında deyib.

Ərdoğan: “Onlar güclü Türkiyəni tanımırlar”

Türkiyə cənub sərhədlərində ABŞ-ın dəstəyi ilə PKK/PYD terror təşkilatının qurmaq istədiyi “terror dəhlizi”ni dörd mərhələli əməliyyatla yerlə bir edəcək. Türkiyənin İraq və Suriyanın şimalında “terror dəhlizi” oyununa qarşı tətbiq edəcəyi uzunmüddətli hərbi planının detalları ortaya çıxıb.

Qardaş ölkə ABŞ-ın “böyük oyunu”nu 4 hücumla alt-üst edəcək - Hərbi planın DETALLARI

İraq ordusu Şimali İraq kürd muxtariyyətinin nəzarəti altında olan Dayrabun və Bacid bölgələrində əməliyyata hazırlaşır. Haviceyi İŞİD-dən təmizləyən 50 minlik İraq ordusu Ərbilin nəzarətindəki Mosul, Kərkük, Diyala, Dayrabun və Bacidə yönəlib.

İraq mərkəzi hökumətinin ultimatumunda sərhəd-keçid məntəqələri, neft yataqları və hava limanlarının təhvil verilməsi yer alıb. Habur sərhəd keçid məntəqəsini əvəz edəcək Ovaköy mövzusunda Türkiyə və İraq arasında razılaşma əldə edilib. Bu, kürd muxtariyyətinin can damarının kəsilməsi anlamına gəlir.

250 min əsgər qarşı-qarşıya - Bölgənin taleyini həll edəcək MÜHARİBƏ BAŞLAYIR

Şimali İraq kürd muxtariyyətində keçirilən müstəqillik referendumundan Bağdad və Ankara Ərbilə qarşı ardıcıl addımlar atır. Bu addımlardan biri də kürd muxtariyyətinə birbaşa açılan Habur sərhər keçid məntəqəsinin Ovaköy sərhəd-keçid məntəqəsi ilə əvəzlənməsidir.

Bununla da, İraq və Türkiyə arasında ticarətdə kürd muxtariyyəti “ofsayd”a salınır. Ekspertlərin fikrincə, Ankara və Bağdad aşağıdakı strateji qazanclar əldə edəcək.

Yəhudilərin layihəsi sıradan çıxarılır: Türkiyənin “tək qapı” HƏMLƏSİ

Rusiya diplomatik mülkiyyəti barəsində Vaşinqtonun hərəkətlərinə cavab veriləcək. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya diplomatik mülkiyyəti olan binaların üstündən Rusiya bayraqlarının götürülməsi Moskva tərəfindən təhqir kimi qiymətləndirilir.

“Artıq ABŞ-a qətiyyətli şəkildə etirazı bildirilib. Əlbəttə, bayraqların çıxarılmasına Rusiya tərəfi heç bir razılıq verməyib”, - o vurğulayıb.

Zaxarova qeyd edib ki, Vaşinqton Moskva ilə münasibətləri şüurlu şəkildə dağıdır. Xatırladaq ki, sentyabrın əvvəlində ABŞ Vaşinqton və Nyu-Yorkda Rusiyanın ticarət nümayəndəlikləri, San-Fransiskoda isə Baş konsulluğu bağlayıb. Daha sonra isə bu binaların üzərindən Rusiya bayraqları götürülüb.

ABŞ Baltikyanı ölkələrlə Rusiya sərhədinə 2 zirehli tank briqadası yerləşdirilib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenko bildirib.

Onun sözlərinə görə, Rusiya və Belarusun birgə təşkil etdiyi “Qərb-2017” təlimləri Avropa ölkələri tərəfindən narahatlıqla qarşılanıb:

“Onlar fikrincə, guya Rusiya əsas texnikalarını Belarusda saxlayıb və istənilən vaxt Avropaya zərbələr endirəcək. Rus fobiyası NATO və Avropa Birliyini, əsasən də Polşanı qorxuya salıb. Bunun üçün Polşa ABŞ-a müraciət edib və Vaşinqton Rusiya ilə sərhədə iki tank briqadası yerləşdirmək qərarına gəlib”.

ABŞ-ın Polşa və Baltikyanı ölkələrində hərbi mövcudluğunu gücləndirməsinə cavab olaraq NATO-Rusiya əsas aktını tərk etməyimiz istisna deyil. Bu barədə Rusiya Federasiya Şurasının üzvü Frants Klintseviç danışıb. Klintseviçin sözlərinə görə, belə bir qərarı yalnız ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin verə bilər.

“Aydın məsələdir ki, ABŞ Rusiyanın aktı tərk etməsi üçün əlindən gələni edir”, - Klintseviç bildirib.

Rusiya və ABŞ-ın münasibətləri bu gün o qədər aşağı səviyyəyə enib ki, çoxlar yeni Karib böhranı haqqında danışmağa başlayıblar. Bu fikirlər “Rusiya bu gün” beynəlxalq informasiya agentliyinin təşkil etdiyi “Karib böhranı və müasir reallıqlar” dəyirmi masasında ifadə edilib.

ABŞ öz hökmranlığı üçün... - Dünya 100 il əvvələ QAYIDIR

Avropa İttifaqının rəhbərliyi Belarus lideri Aleksandr Lukaşenkonu “Şərq tərəfdaşlığı” sammitinə dəvət edib. Bu haqda “EU Observer” nəşri yazıb.

Bəzi şərhçilər Brüsselin dəvətini geosiyasi nöqteyi-nəzərdən qiymətləndirirlər. Belə ki, NATO-nun sabiq baş katibi və Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen (hazırda Ukarayna prezidentinin məsləhətçisidir – red.) əmindir ki, Lukaşenko ilə dialoq Avropa üçün əlverişlidir. Onun fikrincə, bu əməkdaşlıq Moskva-Minsk oxunu zəiflədə bilər.

Kremlin əsas müttəfiqi əlindən alınır

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili oktyabrın 17-də öldürülə bilər. Krım tatar televiziyası ATR-in baş direktor müavini Ayder Mujdabayev feysbuk səhifəsində yazıb.

Saakaşvili bu tarixdə öldürülə bilər - ŞOK İDDİA

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 dekabr

Astroloji proqnoz - 16 dekabr

16 Dekabr 2017 00:05