Bakıda salam üstündə QANLI DAVA: 3 qardaş bıçaqlandı
Ölkə
12 Oktyabr 2017 20:28

Bakıda salam üstündə QANLI DAVA: 3 qardaş bıçaqlandı


Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Savalan qəsəbəsində 1980-ci il təvəllüdlü Ruslan İbrahimov orta yaşlı kişi ilə mübahisə edib.

Mübahisəyə səbəb Ruslanın ona salam verməməsi olub. Həmin şəxs Ruslandan ona salam verməməsinin səbəbini soruşub. Ruslan həmin kişiyə kobud cavab verib.

Cavab kişinin xoşuna gəlməyib və onlar mübahisə ediblər. Ruslanın həmin kişi ilə əlbəyaxa olmasını digər qardaşları - 1978-ci il təvəllüdlü Ramin İbrahimov və 1999-cu il təvəllüdlü Rəhman İbrahimov da görüb.

Onlar qardaşları Ruslanın köməyinə gəliblər. Üç nəfərin birdən üstünə gəldiyini görən kişi Ruslanı ürək nahiyəsindən bıçaqlayıb, digər qardaşlara da xəsarət yetirib.

Cinayəti törədən hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...