Şəmkirdə qızına balta ilə xəsarət yetirən ata saxlanılıb
Ölkə
12 Oktyabr 2017 20:31

Şəmkirdə qızına balta ilə xəsarət yetirən ata saxlanılıb


Şəmkir. 12 oktyabr. REPORT.AZ/ Şəmkir Rayonunda qızına balta ilə xəsarət yetirərək hadisə yerindən qaçan ata tutulub.
"Report"un Qərb bürosunun məlumatına görə, o, bu gün Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçiridikləri axtarış-əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Qeyd edək ki, oktyabrın 9-da rayonun Çaparlı kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı atası tərəfindən baltayla ağır xəsarət alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09
Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08