Venger açıqladı: Özil satılır
İdman
12 Oktyabr 2017 20:44

Venger açıqladı: Özil satılır


"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil karyerasını başqa klubda davam etdirə bilər.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu "topçular"ın baş məşqçisi Arsen Venger deyib.

Fransalı mütəxəssis Özilin hələ də yeni müqavilə imzalamadığını və son qərarını gözlədiklərini söyləyib. Belə ki, Almaniya millisinin üzvü mövsümün sonuna qədər olan sözləşməsini yanvara qədər uzatmasa, "Arsenal" onun satışından qazanc əldə etmək üçün transferə çıxaracaq: "Hər ehtimalı nəzərə almışıq. Yanvarda Özili sata bilərik".

Qeyd edək ki, Məsut Özil "Arsenal"a 2013-cü ildə "Real"dan keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 dekabr

Astroloji proqnoz - 18 dekabr

18 Dekabr 2017 00:08