İsmayıllıda zəncirvari qəza: yaralılar var
Digər
12 Oktyabr 2017 20:47

İsmayıllıda zəncirvari qəza: yaralılar var


İsmayıllı rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında İsmayıllı şəhərində qeydə alınıb. Taksi sürücüsü 1993-cü il təvəllüdlü Əlislamlı Asim Elton oğlu 90-KB-263 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yolun ortasındakı kanalizasiya quyusundan suyun fontan vurması səbəbindən idarəetməni itirib və avtomobili qarşıdan gələn 99-FL-865 dövlət nömrə nişanlı “Mercedes” və 90-EE-048 dövlət nömrə nişanlı “VAZ 014” markalı minik avtomobillərinə çırpıb.

 

Hadisə nəticəsində Asim Əlislamlı və “VAZ 014” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Hüseynov Namiq Nəriman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...