Əvvəllər işlədiyi şirkəti qarət etdi - VİDEO
Ölkə
12 Oktyabr 2017 21:14

Əvvəllər işlədiyi şirkəti qarət etdi - VİDEO


Abşeron rayonunda şirkətlərdən birinin qarajından oğurluq edən şəxs tutulub. Məlum olub ki, həmin şəxs gecə vaxtı avtomobilləri də qarət edib.

Şirkətə məxsus qarajdan oğurluq edən şəxs saxlanılıb.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Abşeron rayon Aşağı Güzdək qəsəbəsində baş verib. Polisə müraciətdən sonra əməliyyatçılar şübhəli kimi 26 yaşlı Ruhan Məmmədovu saxlayıb. Məlum olub ki, adıçəkilən şəxs əvvəllər həmin şirkətdə işləyib. O, qarajdan açar dəsti, laqonda və digər əşyalar oğurlayıb.
Polis onun ətrafında araşdırma apararkən müəyyən edib ki, Ruhan Məmmədov bundan başqa gecə saatlarında rayon ərazisində park edilmiş avtomobillərin akkumuliyatorlarını da oğurlayıb.
Faktla bağlı Abşeron rayon polis idarəsində Ruhan Məmmədov barəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...